Azərbaycanda Aşura mərasimləri keçirilir

Məscidlərdə qanvermə aksiyaları təşkil olunur

Source:


Məscidlərdə qanvermə aksiyaları təşkil olunur

1 Oktyabrda Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura mərasimi qeyd olunur. Aşura günü ilə əlaqədar olaraq ölkədəki məscidlərdə İmam Hüseyn əzadarlığı qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Aşura günündə ölkənin bir sıra məscid və ziyarətgahlarında qanvermə aksiyası da təşkil olunub. İrsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi daşıyan aksiya bir sıra məscid və ziyarətgahlarda, əsasən Yasamal rayonundakı Təzəpir və Hacı Soltanəli məscidləri, Səbail rayonunda, Bibiheybət ziyarətgah məscidi və İçərişəhər Cümə məscidində keçirilir.

Təzəpir məscidindəki aksiyada Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və Dini İşlər üzrə Komitənin sədri Mübariz Qurbanlı da iştirak edib.

Azadlqı Radiosunun məlumatına görə, A.Paşazadə jurnalstlərin suallarını M.Qurbanlının cavablandıracağını deyərək suallardan yayınıb.

Allahşükür Paşazadə foto APA

Komitə sədri M.Qurbanlı isə deyib ki, illər əvvəl Qafqaz Müsəlmanları İdarəsi qanvermə aksiyası təşəbbüsü ilə çıxış edib. Aksiya paytaxtda və bölgələrdə Səhiyyə Nazirliyinin xüsusi briqadalarının iştirakıyla gerçəkləşdirilir.

Aksiyanın müsbət əhəmiyyətinə toxunan M.Qurbanlı bildirib ki, bəzi məscidlərdə zaman-zaman qançıxarma əməllərini görürdük. Qanvermə aksiyası ilə bu əməllərə artıq yol verilmir. Kim istəyirsə, İmam Hüseyn yolunda qan versin, bu cür aksiyaya qoşulur:

Mübariz Qurbanlı foto APA

“Artıq bu təşəbbüs başqa müəsəlman ölkələrində də tətbiq olunur. Konkret olaraq, İran və Türkiyədə olarkən bu barədə söhbətlərimiz olub və bizdın sonra onlar da bu aksiyalara başladı”.

Əvvəlki illərdən fərqli olaraq indi məscidlərdə təşkil olunan Aşura mərasimlərinə az adam qatıldığı müşahidə olunur.

Ana səhifəXəbərlərAzərbaycanda Aşura mərasimləri keçirilir