“Azərbaycanda analoqu olmayan repressiya”

“Beynəlxalq cəmiyyət tərəfindən hərəkətsizlik ölkənin müstəqil insan hüquqları cəmiyyətinə qarşı təzyiqlərin növbəti bir neçə həftə ərzində davam etməsi mənasını daşıya bilər. Avropa Şurası və onun parlament orqanı bu repressiyanı sakitliklə qəbul edə bilməz”

Source:


“Beynəlxalq cəmiyyət tərəfindən hərəkətsizlik ölkənin müstəqil insan hüquqları cəmiyyətinə qarşı təzyiqlərin növbəti bir neçə həftə ərzində davam etməsi mənasını daşıya bilər. Avropa Şurası və onun parlament orqanı bu repressiyanı sakitliklə qəbul edə bilməz”


Azərbaycanda analoqu olmayan repressiya: hakimiyyət orqanları tərəfindən tənqidi səsləri susdurmaq üçün əsas vətəndaş cəmiyyəti liderləri həbs edildi.



Oslo və Cenevrə, 9 avqust 2014-cü il – Azərbaycanın hakimiyyət orqanları bir-birinin ardınca ölkə rəhbərliyinin əsas tənqidçilərinə qarşı misli görünməmiş təzyiqlər həyata keçirir.




Onlarla QHT-in bank hesabları bağlanıb və ofislərində axtarışlar aparılır. Beynəlxalq cəmiyyət hədəf alınmış və həbs edilmiş insan hüquqları müdafiəçilərini qorumaq üçün təcili tədbirlər görməlidir. Azərbaycan hal-hazırda Avropa Şurasının sədridir və beynəlxalq standartlara uyğun hərəkət etmək, təqib və repressiyalara son qoymaq və bütün həbs edilmiş insan hüquqları müdafiəçilərini azad etmək üçün daha böyük öhdəliyə sahibdir.

Son iki həftə ərzində Azərbaycan hökuməti ölkədəki vətəndaş cəmiyyətinin tanınmış lider tənqidçilərini həbs edib: insan hüquqları müdafiəçisi Leyla Yunus, onun “Demokratiya Naminə Oxu” kampaniyasının koordinatoru olan həyat yoldaşı Arif Yunus, insan hüquqları müdafiəçisi Rəsul Cəfərov və insan hüquqları müdafiəçisi İntiqam Əliyev. Onların hamısı eyni ittihamlar üzrə həbs edilib (vergidən yayınma, qanunsuz sahibkarlıq və Leyla Yunusa qarşı vətənə xəyanət ittihamlarından əlavə, hakimiyyətdən sui-istifadə).

Bu dörd insan hüquqları müdafiəçisinin işində ortaq cəhət, Azərbaycanda siyasi məhbuslar üzrə olan işləri və beynəlxalq arenada bu məsələ üzrə məlumat yaymalarıdır.

İntiqam Əliyev

 siyasi məsələlərdə hüquqi məsləhət verən nadir hüquqşünaslardan biridir.

Rəsul Cəfərov

 və Leyla Yunus siyasi motivli ittihamlarla saxlanılmış 100-dən artıq insanın siyahısını birləşdirmək üzərində yorulmadan çalışır və həbsdə olarkən  8 avqustda yeni siyahı vermişdir.

Bu fikirlər 13 İnsan Hüquqları Evindən olan 64 QHT-nin prezident İlham Əliyevə ünvanlanmış 5 avqust tarixli birgə məktubdandır.

Məktubda Leyla Yunusun həbs müddətində sağlamlığı barədə xüsusi narahatlıq ifadə olunub: “O, şəkər xəstəliyindən əziyyət çəkir və müvafiq müalicəyə, həmçinin xəstəliyə nəzarət etmək üçün müəyyən edilmiş vaxtlarda yemək yeməyə ehtiyacı vardır. QHT-lər narahatdırlar ki, həbsdə olan şərait onun sağlamlıq vəziyyətinə mənfi təsir göstərə bilər. çünki göründüyü kimi o, bu günədək müvafiq tibbi qayğı ilə təmin edilməyib. Daha çox QHT-lər araşdırmalarla üzləşir və onların bank hesabları dondurulur. QHT rəhbərləri onlara xaricə səyahəti qadağan edən gizli siyahılara salınır və hər an məhkəmə dinləmələri ilə üzləşə bilir”.

Məktubda 14 iyulda regional vətəndaş cəmiyyəti rəhbəri Həsən Hüseynli 6 illik həbs cəzasına məhkum edilməsi də xatıranır: “8 avqust 2014-cü ildə polis ölkədə QHT-lərin media hüquqlarını müdafiə edən aparıcı təşkilat olan  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) ofislərinə basqın təşkil etdi. Qrupun rəhbəri Emin Hüseynov beynəlxalq cəmiyyətdə tanınmış, məşhur insan hüquqları müdafiəçisidir. 8 avqustda Emin Hüseynov əleyhinə, özünü prokurorluğun ofisinə təqdim etməsi üçün məhkəmə qərarı verildi. Ona görə də, o hər an həbs edilə bilər və təcili müdafiəyə ehtiyacı var”.

“Biz bilirik ki, cəsur insan hüquqları müdafiəçilərinə qarşı olan bu həbslər siyasi təşviqdir. Hakim orqanlar ölkənin beynəlxalq, xüsusilə də Avropa Şurası çərçivəsində olan öhdəliklərini və təəhhüdlərini yerinə yetirənləri susdurmaq istəyir” – deyə İnsan Hüquqları Evi Fondunun (İHEF) icraçı direktoru Mariya Dahle deyir.

Azərbaycan 2014-cü ilin may ayından Avropa Şurasının Nazirlər Komitəsinin dövrü sədrliyini öz üzərinə götürüb. 2014-cü ilin iyun ayında Azərbaycanın Prezidenti İlham Əliyev Şuranın Parlament Assambleyasına müraciət ünvanlayanda Emin Hüseynov, Rəsul Cəfərov və İntiqam Əliyev birlikdə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı tənqidi kənar-tədbir təşkil etdi. “Hakimiyyət vəziyyəti beynəlxalq cəmiyyətə cilalanmış şəkildə göstərmək istəyir, buna görə də tənqidləri susdurur. Bu repressiya dalğası Azərbaycanın Avropa Şurasına sədrliyi və hakim orqanların tənqidi səslərə qarşı qisası ilə əlaqədardır” –  Mariya Dahle belə deyir.

Bu repressiya dalğası Anar Məmmədli və Bəşir Süleymanlının 26 may tarixində müvafiq olaraq 5 il 6 ay və 3 il 6 ay həbs cəzasınaməhkum edilməsindən sonra başlayıb. Bu iki insan hüquqları müdafiəçisi Azərbaycanda seçkilərə monitorinq keçirən yeganə müstəqil qrupun rəhbərləridir. Eyni zamanda qeyri-hökumət gənclər hərakatı olan

NİDA-ın 8 fəalı

 xuliqanlıq, narkotik və partlayıcı saxlamaqla və kütləvi iğtişaşa səbəb olmaqla günahlandırılaraq ittihamlara məhkum olunub. 4 iyul cümə günü, başqa bir NİDA fəalı, Ömər Məmmədov satış məqsədi ilə narkotik saxlamaqla ittiham edilərək 5 il həbs cəzasına məhkum edildi.

Biz son çarə olaraq insan hüquqları müdafiəçilərini qorumaq və həbs edilənlərin azad edilməsini tələb etmək üçün beynəlxalq cəmiyyəti Azərbaycanda sürətlə pisləşən vəziyyətə təcili reaksiya verməyə çağırırıq. “Beynəlxalq cəmiyyət tərəfindən hərəkətsizlik ölkənin müstəqil insan hüquqları cəmiyyətinə qarşı təzyiqlərin növbəti bir neçə həftə ərzində davam etməsi mənasını daşıya bilər. Avropa Şurası və onun parlament orqanı bu repressiyanı sakitliklə qəbul edə bilməz” –  Mariya Dahle əlavə edib.



İnsan Hüquqları Evi Şəbəkəsi haqqında




(




www




.




h




um




a




n




r




i




g




h




t




sho




u




se




.




org




)


İnsan Hüquqları Evi Şəbəkəsi (İHEŞ)


Qərbi Balkanlarda, Şərqi Avropa və Cənubi Qafqazda, Afrikanın Şərqində və Buynuzunda və Qərbi Avropada  yerləşən 13 ölkədən olan 18 müstəqil İnsan Hüquqları Evlərində 90 insan hüquqları QHT-lərinin birləşmiş qüvvələrini özündə cəmləşdirir. İHEŞ-in məqsədi yerli insan hüquqları təşkilatlarını gücləndirmək və dəstəkləmək və onları İnsan Hüquqları Evlərinin beynəlxalq şəbəkəsində birləşdirməkdir.


Azərbaycan İnsan Hüquqları Evi İHEŞ-in üzvlərindən biridir və müstəqil görüş yeri, resurs mərkəzi və Azərbaycanda insan hüquqları təşkilatları üçün koordinator kimi xidmət göstərmişdir. 2010-cu ildə 6000 insan hüquqları müdafiəçisi, gənc fəallar, müstəqil jurnalistlər və vəkillər Azərbaycan İnsan Hüquqları Evinin xidmətlərindən istifadə etmişdir və o Azərbaycanda insan hüquqlarının müdafiəsinin və təbliğinin mərkəz nöqtəsinə çevrilmişdir. Azərbaycan İnsan Hüquqları Evi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 10 mart 2011-ci il tarixli əmri ilə fəaliyyətlərini dayandırmışdır.


Osloda (Norveç) yerləşən, Cenevrədə (İsveçrə) də ofisi olan İnsan Hüquqları Evi Fondu (İHEF), İHEŞ-in katibliyidir. İHEŞ İnsan Hüquqları Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsinin və İnsan Hüquqları Müdafiəçilərinin Balkan Şəbəkəsinin tərəfdaşıdır.


İHEF Birləşmiş Millətlər Təşkilatı ilə məsləhətçi statusa, İHEŞ isə


Avropa Şurası ilə iştirakçı statusa malikdir (Turan İA).

Ana səhifəXəbərlər“Azərbaycanda analoqu olmayan repressiya”