Azərbaycanda 9 may faşizm üzərində qələbənin 71-ci ildönümü qeyd olunur

Hazırda Azərbaycanda 1237 müharibə veteranının yaşadığı bildirilir

Source:


Hazırda Azərbaycanda 1237 müharibə veteranının yaşadığı bildirilir

Mayın 9-da Azərbaycanda faşizm üzərində qələbənin 71-ci ildönümü qeyd olunur. 1939-cu ildə ikinci dünya müharibəsi başlayan zaman Azərbaycan SSSR-nin tərkibində olub.

Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu.

Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin “A” qrupu ordusuna həvalə edildi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. “Ost” planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etdilər.

Müharibənin ilk günlərindən azərbaycanlılardan ibarət 87 qırıcı təyyarə batalyonu, 1124 özünümüdafiə dəstələri,  təşkil olunub. Bundan əlavə 77-ci dağatıcı diviziyası, 223-cü milli atıcı, 396-cı milli atıcı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradıldı və onlar Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduları azərbaycanləılardan ibraət olub.

1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Onlardan 300 mindən çoxu döyüşlərdə həlak olub.

130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adını alıb, 30 nəfər “Şərəf” ordeni ilə təltif olunub.

1941-ci ildə Azərbaycanda 23.5 milyon ton neft istehsal olunub. Bu da SSRİ-də istehsal olunan neftin 71.4 faizi demək idi.

Bütünlükdə isə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft verib.

Hazırda Azərbaycanda 1237 müharibə veteranının yaşadığı bildirilir.

Ana səhifəXəbərlərAzərbaycanda 9 may faşizm üzərində qələbənin 71-ci ildönümü qeyd olunur