Azərbaycanda: 89 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Dünən 103 adam yoluxmuşdu.

Source: Aziz Karimov


207 pasiyent sağalaraq evə buraxılıb

Avqustun 15-də Azərbaycanda COVİD-19 infeksiyasına yoluxanların sayı 89-a düşüb. 207 nəfər sağalıb, 2 pasiyent ölüb.

Dünən 103 adam yoluxmuşdu.

Nazirlər Kabineti yanında Operativ Qərargahı Azərbaycanda indiyə qədər 34 min 107 adamın yeni nəfərin koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 31 min 697 nəfər müalicə olunaraq sağalıb, 506 pasient ölüb. Hazırda aktiv xəstə sayı 1904 nəfərdir”.

Operativ qərargah ötən müddətdə 826 min 43 testin aparıldığını qeyd edib:

“Bugünkü test sayı isə 6041-dir”.

Ana səhifəSosialAzərbaycanda: 89 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb