Azərbaycanda 842 adam koronavirusa yoluxub

“Aktiv xəstə sayı 19 min 471 nəfərdir”

Foto: Meydan TV


"15 xəstə vəfat edib"

Sentyabrın 29-da Azərbaycanda 842 adam COVİD-19 infeksiyasına yoluxub, 2062 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 15 xəstənin vəfat etdiyi eyd olunub.

Operativ Qərargah Azərbayvanda indiyə qədər 483 min 128 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 457 min 144 nəfər müalicə olunaraq sağalıb, 6 min 513 pasiyent ölüb. Aktiv xəstə sayı 19 min 471 nəfərdir".

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 668, bu günə qədər isə 4 milyon 849 min 531 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda 842 adam koronavirusa yoluxub