281 nəfərin sağaldığı, 3 nəfərin isə vəfat etdiyi açıqlanıb
İyunun 10-da Azərbaycanda 75 adam COVİD-19 infeksiyasına yoluxub, 281 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, analiz nümunələri müsbət çıxan 3 pasiyent vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 334 min 992 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 327 min 907 nəfər müalicə olunaraq sağalıb, 4951 xəstə ölüb. Hazırda aktiv xəstə sayı 2134 nəfərdir".
Qərargah ötən müddətdə 3 milyon 597 min 849 testin aparıldığını göstərib: "Bugünkü test sayı isə 8618-dir".