Azərbaycanda 69,3 faiz sahibkar özünü məmur özbaşınalığından müdafiə olunmuş hesab etmir

”Orta və aşağı səviyyəli məmurların fərmanları və qərarları yerinə yetirmir”

Source:
foto Turan IA
foto Turan IA
foto Turan IA
foto Turan IA



”Orta və aşağı səviyyəli məmurların fərmanları və qərarları yerinə yetirmir”

Kiçik biznes nümayəndələri arasında onların problemlərini üzə çıxarmaq məqsədilə sorğu keçirilib. “Turan” yazır ki, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov oktyabrın 25-də “Kiçik biznesin inkişafına yardım” layihəsinin təqdimatında deyib ki, son ildə sahibkarlığın inkişafı haqqında çox sayda fərman və qərarların qəbul edilməsinə baxmayaraq, problemlər var.

“Sorğu iştirakçılarının sözlərinə görə, problemlərin əsas mənbəyi devalvasiya və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Daha bir səbəb də var – orta və aşağı səviyyəli məmurların fərmanları və qərarları yerinə yetirməməsi. Onlar deyirlər ki, tezliklə hər şey əvvəlki qaydalara qayıdacaq”, – deyə Bağırov bildirib.


33,9 faiz sahibkar biznes sahəsindəki vəziyyəti “çox əlverişsiz” sayır

Sorğunun nəticələrini Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzinin direktoru İlkin Qarayev təqdim edib. Sorğu ölkənin bütün iqtisadi zonalarında 1000 sahibkar arasında aparılıb.

Suallar biznes sahəsindəki vəziyyətə, aparılan yoxlamalara, Milli Sahibkarlığa Yardım Fonduna, vergi və gömrük sisteminə və s. aid olub.

Beləliklə, rəyi soruşulanların 33,9 faizi biznes sahəsindəki vəziyyəti “çox əlverişsiz” kimi qiymətləndirib, 27,9 faizi “cavab verməyə çətinlik çəkib, 27,4 faizi “əlverişsiz”, 10 faizi “nə pis, nə yaxşı” adlandırıb və cəmi 0,8 faizi bu vəziyyəti “əlverişli” adlandırıb.


Sahibkarların 32,7 faizi fəaliyyət sahələrindəki rəqabəti ədalətsiz hesab edir

Respondentlərin 47,3 faizi ölkə rəhbərliyinin korrupsiyanın azalması üzrə addımlarından sonra yaxşılaşmalar hiss etmir, 36,8 faiz hesab edir ki, vəziyyət qismən yaxşılaşıb, 13,6 faiz cavab verməyə çətinlik çəkib və cəmi 2,3 faiz vəziyyətin yaxşılaşdığını deyib.

Sahibkarların 32,7 faizi onların fəaliyyəti sahəsində rəqabəti ədalətsiz hesab edir, 31,9 faiz deyib ki, vəziyyət qismən ədalətsizdir, 17,7 faiz qismən ədalətli hesab edir, 17 faiz cavab verməyə çətinlik çəkib, 0,7 faiz rəqabəti tamamilə ədalətli adlandırıb.


Vergilərin miqdarı azaldılmalıdır

Respondentlərin 20 faizi bildirib ki, Milli Sahibkarlığa Yardım Fonduna kredit almaq üçün müraciət edib və bunun cəmi 31 faizi (62 sahibkar) kredit ala bilib.

Sahibkarların 69,3 faizi özünü məmur özbaşınalığından müdafiə olunmuş hesab etmir, 66,4 faiz hesab edir ki, vergilərin miqdarı azaldılmalıdır, 59,7 faiz bildirib ki, Azərbaycanda qanunları pozmadan bizneslə məşğul olmaq mümkün deyil.

Təqdimata yekun vuran Qarayev bildirib ki, təəssüf ki, kiçik biznes nümayəndələri indiyə qədər ölkə iqtisadiyyatında mühüm rol oynaya bilmir.

“Sahibkarların 97 faizi orta və kiçik biznes kateqoriyasına aiddir. Amma ölkə ÜDM-də orta və kiçik biznesin payı 3 faizə belə çatmır, məşğuluqda 8 faiz, ixracatda 2,5 faizdir”, – deyə o qeyd edib.

Ana səhifəXəbərlərAzərbaycanda 69,3 faiz sahibkar özünü məmur özbaşınalığından müdafiə olunmuş hesab etmir