Ölüm hallarının statistikası açıqlandı
Ötən il ölkədə 55,6 min ölüm faktı qeydə alınıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2013-cü illə müqayisədə 2014-cü ildə qan dövranı sisteminin xəstəliklərindən ölənlərin sayı azalıb. Əvəzində əsasən yeni törəmələrdən, tənəffüs orqanlarının xəstəliklərindən, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölənlərin sayı artıb.
2014-cü ildə Azərbaycanda qan dövranı sisteminin xəstəliklərindən ölənlər ümumi ölənlərin 60,1 faizini, yenitörəmələrdən ölənlər ümumi ölənlərin 12,6 faizini, həzm sisteminin xəstəliklərindən ölənlər ümumi ölənlərin 5,2 faizini, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölənlər ümumi ölənlərin 4,9 faizini, tənəffüs orqanlarının xəstəliklərindən ölənlər ümumi ölənlərin 3,6 faizini, infeksiyon və parazitar xəstəliklərdən ölənlər ümumi ölənlərin 0,9 faizini, digər səbəblərdən ölənlər isə ümumi ölənlərin 12,7 faizini təşkil edır.
2013-cü ildə isə Azərbaycanda qan dövranı sisteminin xəstəliklərindən ölənlər ümumi ölənlərin 63,2 faizini, yenitörəmələrdən ölənlər ümumi ölənlərin 11,7 faizini, həzm sisteminin xəstəliklərindən ölənlər ümumi ölənlərin 5,2 faizini, travmalar, zəhərlənmələr və xarıcı səbəblərin təsirinin digər nəticələrindən ölənlər ümumi ölənlərin 4,1 faizini, tənəffüs orqanlarının xəstəliklərindən ölənlər ümumi ölənlərin 2,8 faizini, infeksiyon və parazitar xıstəliklərdən ölənlər ümumi ölənlərin 1,1 faizını, digər səbəblərdən ölənlər isə ümumi ölənlərin 11,9 faizini təşkil edir.
2013-cü ildə ölkədə əmək qabiliyyətli yaşda ölən insanların sayı 16277 nəfər olub. Əmək qabiliyyətli yaşda ölən insanların ölümünə daha çox qan dövranı sistemi xəstəlikləri olub. Bu səbəbdən ölüm halları ölkədə 1995-ci ildən başlayaraq, artıb.
1995-ci ildə qan dövranı sistemi xəstəliklərindən 4520 nəfər ölmüşdürsə, 2010-cu ildə bu rəqəm artaraq 6305, 2011-ci ildə 7051, 2012-ci ildə 7519, 2013-cü ildə 7689 olub.
Əmək qabiliyyətli yaşlı insanların ölümünə daha çox səbəb olan ikinci xəstəlik yenitörəmələr hesab edilir. 2012-ci ildə 2575, 2013-cü ildə 2969 nəfər əmək qabiliyyətli insan yenitörəmələr nəticəsində dünyasını dəyişib.