Koronavirus

Mənbə: arxiv

Başlıq: Koronavirus

Azərbaycanda: 520 infeksiyaya yoluxma, 8 ölüm

486 nəfər sağalaraq evə buraxılıb

İyulun 12-də Azərbaycanda 520 adam COVİD-19 infeksiyasına yoluxub, 486 nəfər müalicə olunaraq evə buraxılıb, 8 xəstə isə ölüb.

Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilib ki, Azərbaycanda indiyə qədər 24 min 41 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 15 min 93 nəfər müalicə olunaraq sağalıb, 306 pasient ölüb. Hazırda aktiv xəstə sayı 8642 nəfərdir.

Operativ qərargah ötən müddətdə 568 min 234 testin aparıldığını qeyd edib:

“Bugünkü test sayı isə 7878-dir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/w65jx4

Ən çox baxılan