Azərbaycanda 50 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, arterial hipertenziya və ürəyin işemik xəstəliyi olan 1957-ci il təvəllüdlü vətəndaş vəfat edib

Source: Reuters


Daha 40 nəfərin sağalaraq evə buraxıldığı bildirilir

Mayın 1-də Azərbaycanda 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər həyatını itirib, 40 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti

yanında Operativ Qərargahdan verilən məlumatda belə deyilir.

Bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, arterial hipertenziya və ürəyin işemik xəstəliyi olan 1957-ci il təvəllüdlü vətəndaş vəfat edib.

İndiyədək Azərbaycanda 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1365 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 146.630 test aparılıb.

Ölkədə karantin rejiminin müddəti

mayın 31-dək

uzadılıb. Bununla yanaşı, bir sıra yüngülləşdirici rejim də tətbiq olunub. Belə ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron istisna olmaqla respublika ərazisində SMS icazə ilə hərəkət dayandırılır.

Müəyyən iş yerlərinin, bərbərxana, gözəllik salonlarının fəaliyyətinə icazə verilir. Rayonlararası gediş-gəlişə məhdudiyyətlər də aradan götürülür. Əsas məhdudiyyətlər ölkənin böyük şəhərlərində qalır.

Ana səhifəSosialAzərbaycanda 50 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb