Azərbaycanda: 497 infeksiyaya yoluxma, 8 ölüm

Operativ qərargah son sutkada 9 263 testin keçirildiyini qeyd edib

Source: Meydan TV


İnfeksiyadan sağalanların sayı 645 oldu

İyulun 18-də Azərbaycanda 497 adam COVID-19 infeksiyasına yoluxub, 645 nəfər müalicə olunaraq evə buraxılıb, 8 xəstə isə ölüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda Azərbaycan indiyə qədər 27 133 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğu göstərilib:

“Onlardan 18 450 nəfər müalicə olunaraq sağalıb, 349 pasiyent ölüb. Hazırda 8 334 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə alır”.

Operativ qərargah son sutkada 9 263 testin keçirildiyini qeyd edib:

“Ötən müddətdə isə 619 786 test aparılıb”.

Ana səhifəSosialAzərbaycanda: 497 infeksiyaya yoluxma, 8 ölüm