Azərbaycanda: 49 nəfər virusa yoluxub, 1 nəfər ölüb

Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Foto: Wikipedia


46 nəfər imüalicə olunaraq sağalıb və evə buraxılıb

Aprelin 29-da Azərbaycanda 49 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər ölüb.


Nazirlər Kabineti

yanında Operativ Qərargahdan daxil olan məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, xronik obstruktiv ağciyər xəstəliyi və ürəyin işemik xəstəliyi olan 1944-cü il təvəllüdlü vətəndaş vəfat edib.

46 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək Azərbaycanda 1766 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1267 nəfər müalicə olunaraq sağalıb, 23 nəfər vəfat edib, 476 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 137.379 test aparılıb.

Ana səhifəSosialAzərbaycanda: 49 nəfər virusa yoluxub, 1 nəfər ölüb