6 nəfər sağalaraq, evə buraxılıblar
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, aprelin 3-də Azərbaycanda 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.
Xüsusi rejimli xəstəxanalara yerləşdirilən həmin şəxslərdən 7 nəfərin vəziyyətinin ağır, 12 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Digərlərinin isə səhhətinin sabit olduğu bildirir.
Operativ Qərargah koronavirus infeksiyasına yoluxmuş 6 nəfərin sağalaraq evə buraxıldığını qeyd edib.
Bu günə qədər Azərbaycanda 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Karantin zonalarına 4321 nəfər yerləşdirilib.