"2217 nəfər COVID-19 infeksiyasına yoluxub"
Aprelin 15-də Azərbaycanda 2217 nəfər COVID-19 infeksiyasına yoluxub, 2109 nəfər müalicə olunaraq sağalıb.
Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Bildirilir ki, analiz nümunələri müsbət çıxan 36 nəfər vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər ümumilikdə 294211 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 257942 nəfər müalicə olunaraq sağalıb, 4045 pasiyent vəfat edib. Hazırda aktiv xəstə sayı 32224 nəfərdir".
O cümlədən, son sutkada 14207, hazırkı dövrədək isə 3068679 testin aparıldığı vurğulanıb.