Hazırda aktiv xəstə sayı 7927 nəfərdir
İyulun 21-də Azərbaycanda 352 adam COVİD-19 infeksiyasına yoluxub, 449 nəfər sağalıb, 13 xəstə isə ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, Azərbaycanda indiyə qədər 28 min 242 nəfər yeni koronavirus infeksiyasına yoluxub, onlardan 19 min 939 nəfər müalicə olunaraq sağalıb, 376 pasiyent ölüb.
Hazırda aktiv xəstə sayı 7927 nəfərdir.
Eyni zamanda, ötən müddətdə 641 min 732 testin aparıldığı qeyd olunub:
"Bugünkü test sayı isə 7034-dür".