Azərbaycanda 347 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

“Gündəlik sağalanların sayının yeni yoluxma sayını üstələməsi tendensiyası davam edir”

Source: google.az


“Gündəlik sağalanların sayının yeni yoluxma sayını üstələməsi tendensiyası davam edir”

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 347 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata əsasən, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 28 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 20 974 nəfər müalicə olunaraq sağalıb, 391 nəfər vəfat edib, 7 615 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 829, ötən müddət ərzində isə ümumilikdə 658 782 test aparılıb.

Ana səhifəXəbərlərAzərbaycanda 347 yeni koronavirusa yoluxma faktı qeydə alınıb