1402 nəfərin virusa yoluxduğu bildirilir
Aprelin 28-də Azərbaycanda 1402 nəfər COVID-19 infeksiyasına yoluxub, 2 238 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib.
Operativ Qərargah Azərbaycanda indyə qədər 316 521 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 285 024 nəfər müalicə olunaraq sağalıb, 4461 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 27036 nəfərdir".
O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 194, ötən müddətdə isə ümumilikdə 3 218 111 testin aparıldığı vurğulanıb.