Azərbaycanda: 314 yoluxma, 4 ölüm

Bildirilib ki, xəstələrdən 69 nəfərinin vəziyyəti ağır, 80-nin durumu isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Source: Архив


125 nəfər isə sağalaraq evə buraxılıb

İyunun 7-də Azərbaycanda 314 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq evə buraxılıb, 4 nəfər isə ölüb.

Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah ölən xəstələrin 1947, 1954,1956 və 1958-ci il doğumlu olduğunu bildirib.

Operativ qərargah qeyd edir ki, Azərbaycanda hazırda 7553 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 4149 nəfər müalicə olunaraq sağalıb, 88 xəstə ölüb, 3316 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bildirilib ki, xəstələrdən 69 nəfərinin vəziyyəti ağır, 80-nin durumu isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Eyni zamanda, ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 339.876 testin aparıldığı qeyd olunub.

Ana səhifəSosialAzərbaycanda: 314 yoluxma, 4 ölüm