Koronavirus

Mənbə: https://www.zdf.de/n

Başlıq: Koronavirus

Azərbaycanda 31 nəfərin "Delta" ştammına yoluxduğu açıqlandı

Məqalə yeniləndi:  13 İyul 2021

"Virusun yeni və təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır"

Azərbaycanda xaricdən gələn şəxslərdən alınmış nümunələrin 31-də koronavirusun B.1.617 (Delta) variantı aşkar olunub.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Bildirilir ki, araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınan nümunələrin 31-də B.1.617 (Delta) variantı, 9-da isə B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar edilib.

Açıqlamada qeyd olunur ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır: "Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Ona görə də bir daha bütün vətəndaşlarımızı vaxt itirmədən vaksinasiya olunmağa çağırırıq".

Hər üç qurum bəyan edib ki, bir ildən uzun müddətdir davam edən SARS-CoV-2 pandemiyası bütün dünyada mühüm səhiyyə problemi olmaqla birlikdə sosial və iqtisadi cəhətdən də ciddi çətinliklər yaradıb: "SARS-CoV-2 infeksiyasına qarşı aparılan tədbirlər, peyvəndlənmənin təşkili və effektivliyinin öyrənilməsi baxımından ölkəmiz dünyada ön sıralardadır. Koronavirusların mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni variantlar bütün dünyada ciddi narahatlıq doğurur. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır. Unutmamalıyıq ki, vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın, dünyada və ölkəmizdə normal həyata qayıtmağın yeganə yoludur".

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Mənbə: Azərtac

Milli Məclisin deputatı, həkim Rəşad Mahmudov "demokrat.az" saytına bildirib ki, yaxın qonşular - Rusiya, İran, Gürcüstan və Türkiyədə “Delta” və “Delta+” virusunun tüğyan etməsi hər bir səhiyyə işçisini narahat edir: "Ümumdünya Səhiyyə Təşkilatının mayın sonunda keçirilən toplantısında həyəcan təbili çalındı və dünya ölkələri hazırlıqlı olmağa dəvət edildi. Arzu edək ki, bizim ölkəmizdə pandemiya ilə bağlı vəziyyət indiki şəkildə davam etsin. Amma epidemoloji tarix və bildiklərimiz bizə diktə edir ki, belə hadisələrə hazır olmaq məsuliyyəti daşıyırıq”.

Rəşad Mahmudov səhiyyə sisteminin COVİD-19-un yeni dalğasına qarşı hazırlıqlar gördüyünü də vurğulayıb: "Əlbəttə, burada dövlətin gördüyü işləri müsbət qiymətləndirmək lazımdır. Ancaq həm də nəzərə alınmalıdır ki, hər şey cəmiyyətin epidemeloji vəziyyətə olan münasibətilə başlayır. Artıq ilyarımlıq təcrübə göstərir ki, dünya ölkələri bu vəziyyətdə və böyük dalğalar qarşısında ciddi qapanmalara getməyəcəklər. Ancaq bunun yerinə daha əvvəl bilinməyənləri bu gün bilirik. Cəmiyyətin hər bir üzvünün ayrı-ayrılıqda və kütləvi şəkildə bu məsələyə olan münasibəti əsas gedişata, xüsusilə virusun alovlanması zamanı hadisənin nəzarətdə saxlanılmasına kömək edən vasitədir. Arzu edirəm ki, belə hallar ölkəmizdə olmasın, ancaq hər an ola biləcək dalğalara hazır olmalıyıq".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  13 İyul 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/tb49h0

Ən çox baxılan