Xəstəxanalarda 580 nəfərin müalicəsi davam edir
Aprelin 23-də Azərbaycanda 30 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bu barədə
Nazirlər Kabineti
yanında operativ qərargah məlumat yayıb. Məlumata əsasən, 41 nəfər müalicə olunaraq evə buraxılıb.
Azərbaycanda hazırda 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 948 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər ölüb.
Hazırda 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyətinin ağır, 25 nəfərinin isə orta ağır qiymətləndirildiyi qeyd olunub.