Azərbaycanda: 279 nəfərə yoluxma, 6 ölüm

“Bugünkü test sayı isə 7283-dür”.

Source: Архив


592 nəfər sağalaraq evə buraxılıb

Avqustun 1-də Azərbaycanda 279 adam COVİD-19 infeksiyasına yoluxub, 592 nəfər sağalıb, 6 xəstə isə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda indiyə qədər 32 min 157 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 26 min 474 nəfər müalicə olunaraq sağalıb, 454 pasient ölüb. Hazırda aktiv xəstə sayı 5229 nəfərdir.

Eyni zamanda, ötən müddətdə 732 min 236 testin aparıldığı qeyd olunub:

“Bugünkü test sayı isə 7283-dür”.

Ana səhifəSosialAzərbaycanda: 279 nəfərə yoluxma, 6 ölüm