Azərbaycanda 26 nəfər İŞID iştirakçısı həbs olunub

MTN İstintaq Baş İdarəsi tərəfindən CM-in 12.1 (cinayət qanunun Azərbaycan ərazisindən kənarda törədilən cinayətlər), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan ialhlı birləşmələri və ya qrupları yaratma) və 170.3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) maddələri ilə cinayət işləri başlanılıb

Source:


MTN İstintaq Baş İdarəsi tərəfindən CM-in 12.1 (cinayət qanunun Azərbaycan ərazisindən kənarda törədilən cinayətlər), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan ialhlı birləşmələri və ya qrupları yaratma) və 170.3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə)  maddələri ilə cinayət işləri başlanılıb

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 nəfər Azərbaycan vətəndaşı tutulub. Onlar İŞİD-in və digər qanunsuz birləşmələrin tərkibində iştirakda ittiham  olunurlar.

MTN İctimai Əlaqələr Mərkəzinin məlumatına görə,

Firdovsi Yusifov, Taleh Soltanov, Vilayət Həsənli, Malik Musayev , Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev, Tariyel Mustafayev, Azər Qəmbəro, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov, Maarif Mərdanov, Vüqar Dursunəliyev və Elşən Qurbanlı

şübhəli şəxs qismində tutulublar.

Məlumatda  cinayət tərkibinin nədən ibarət olması açıqlanmasa da faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən CM-in 12.1 (cinayət qanunun Azərbaycan ərazisindən kənarda törədilən cinayətlər), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan ialhlı birləşmələri və ya qrupları yaratma) və 170.3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə)  maddələri ilə cinayət işləri başlanılıb.

Adları qeyd edilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Məlumata görə,  adları çəkilən şəxslər 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

Belə ki,

Firdovsi Yusifov

 Pakistan İslam Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə 2011-ci ilin ortalarında İrana gedərək, qanunsuz yolla Pakistanın Vəziristan vilayətinə keçmiş və orada “Təhriki Taliban” adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki “Tayfatul Mansura” adlı silahlı dəstənin “əmiri” təyin edilərək həmin silahlı dəstənin tərkibində 2013-cü ilin avqust ayınadək fəaliyyət göstərib.

Həmçinin müəyyən edilib ki,

Taleh Soltanov

 da Pakistanda “Seyfullah” adlı digər silahlı dəstədə 2013-cü ilin avqust ayınadək iştirak edib.

Onlar bu məqsədlə 2013-cü ilin avqust ayında Pakistandan İran ərazisinə qanunsuz keçərkən yerli hüquq mühafizə orqanları tərəfindən yaxalanmış və bu ilin aprelin 24-də Azərbaycana təhvil veriliblər. İranda həbsdə olduğu müddətdə Taleh Soltanovun Suriyada övladı olmuş və hazırda onun ailə üzvləri qızğın döyüşlərin getdiyi ərazilərdə qalıblar.

Təqsirləndirilən digər şəxslərdən

Elşən Qurbanlı

 digərləri  ilə birlikdə 2014-cü ilin mayında Türkiyəyə, oradan isə “Əbu-Bəkr” ləqəbli şəxsin vasitəsilə qanunsuz yolla Suriyaya  gedib.

Elşən Qurbanlı Suriya, İraq və Azərbaycan  qanunvericilikləri ilə nəzərdə tutulmayan “İraq-Şam İslam Dövləti” – “İŞİD” adlı qanunsuz silahlı birləşmənin özünün paytaxtı elan etdiyi Suriyanın Raqqa şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər keçib.

Təlimlər bitdikdən sonra bölgü zamanı E. Qurbanlı öz istəyilə şəxsiyyəti istintaqla araşdırılan “Xattab” ləqəbli “əmir”in rəhbərlik etdiyi “Azəri camaatı” adlı qanunsuz silahlı dəstənin tərkibinə daxil olub. Bundan sonra E. Qurbanlı və digərləri “İŞİD” adlı qanunsuz silahlı birləşmənin tərkibində 2014-cü ilin avqust ayında İraqın Anbar vilayətinin Hədisə şəhəri ətrafındakı hərbi əməliyyatlarda iştirak ediblər.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqa zidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ana səhifəXəbərlərAzərbaycanda 26 nəfər İŞID iştirakçısı həbs olunub