Bu gün 3 nəfər həyatını itirib
Mayın 30-da Azərbaycanda 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq evə buraxılıb, 3 xəstə isə ölüb.
Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah ölən şəxslərin 1948, 1953 və 1957-ci il doğumlu olduğunu qeyd edib.
Operativ qərargah bildirib ki, Azərbaycanda hazırda 5246 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 3327 nəfəri sağalıb, 61 şəxs ölüb, 1858 pasient xüsusi rejimli xəstəxanalarda müalicə alır. Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 xəstənin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Operativ qərargah ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 294.264 testin aparıldığını vurğulayıb.