Azərbaycanda 2303 adam koronavirusa yoluxub

“Aktiv xəstə sayı 20 363 nəfərdir”

Source: Meydan TV


"16 xəstə vəfat edib"

Oktyabrın 20-də Azərbaycanda 2303 adam COVID-19 infeksiyasına yoluxub, 1010 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 16 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 507 857 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 480 685 nəfər müalicə olunaraq sağalıb, 6 809 pasiyent ölüb. Aktiv xəstə sayı 20 363 nəfərdir".

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 075, ötən müddətdə isə 5 056 819 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda 2303 adam koronavirusa yoluxub