Azərbaycanda 2186 nəfər COVİD infeksiyasına yoluxub

Source: Meydan TV

“14 xəstə vəfat edib”

Yanvarın son günü Azərbaycanda 2186 nəfər COVID-19 infeksiyasına yoluxub, 764 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 14 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 658 470 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 625 023 nəfər müalicə olunaraq sağalıb, 8 734 pasiyent ölüb. Aktiv xəstə sayı 24 713 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 232, ötən müddətdə isə ümumilikdə 6 156 388 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda 2186 nəfər COVİD infeksiyasına yoluxub