“Ölkədə 530 mehmanxana və mehmanxana tipli obyekt olub, bunların 57 faizi turistləri qeyri-leqaldır”
İlin əvvəlindən Mədəniyyət və Turizm Nazirliyi 79 mehmanxana və mehmanxana tipli obyektə lisenziya verib. Ümumən 304, Bakıda 134 mehmanxananın lisenziyası var, – deyə Nazirliyin məlumatında bildirilir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin əvvəli üçün ölkədə 530 mehmanxana və mehmanxana tipli obyekt olub. Beləliklə, bunların 57 faizi turistləri qeyri-leqal şəkildə qəbul edir. Qalan 200-dən çox mehmanxananın lisenziyası yoxdur.
Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, hazırda 40-dək mehmanxana tikilir.
Azərbaycanda mehmanxana biznesi 2006-cı ildən lisenziyalaşdırılır. Beş illik lisenziyanın qiyməti yerindən və tutumundan asılı olmayaraq 1500 manatdır. Bundan başqa, AZS 081-2006 «Turizm və ekskursiya xidməti. Mehmanxanaların təsnifatı» atandartına əsasən, nazirlik 3 ildə bir dəfə onları sertifikatlaşdıraraq 1-dən 5-dək ulduz verir.