Azərbaycanda: 188 nəfər virusa yoluxub, 2 nəfər ölüb

“Bugünkü test sayı isə 6384-dür”.

Source: Архив


115 nəfər sağalaraq evə buraxılıb

Avqustun 29-da Azərbaycanda 188 adam COVİD-19 infeksiyasına yoluxub, 115 nəfər müalicə olunaraq evə buraxılıb, 2 xəstə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda indiyə qədər 36 min 174 adam yeni koronavirus infeksiyasına yoluxub, onlardan 33 min 576 nəfər müalicə olunaraq sağalıb, 529 pasiyent isə ölüb. Aktiv xəstə sayı 2069 nəfərdir.

Operativ qərargah ötən müddətdə 910 min 890 testin aparıldığını qeyd edib: "Bugünkü test sayı isə 6384-dür".

Ana səhifəSosialAzərbaycanda: 188 nəfər virusa yoluxub, 2 nəfər ölüb