Daha 83 pasiyent sağalıb
Avqustun 27-də Azərbaycanda 137 adam COVİD-19 infeksiyasına yoluxub, 83 xəstə sağalıb, 2 nəfər ölüb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, Azərbaycanda indiyə qədər 35 min 844 nəfər yeni koronavirus infeksiyasına yoluxub, onlardan 33 min 64 nəfər müalicə olunaraq sağalıb, 524 pasiyent ölüb. Aktiv xəstə sayı 1956 nəfərdir.
O cümlədən, ötən müddətdə 898 min 492 testin aparıldığı qeyd olunub: "Bugünkü test sayı isə 6422-dir".