Azərbaycanda 1364 nəfər koronavirusa yoluxdu

Bir gün öncə, noyabrın 12-də isə 1622 yoluxma olmuşdu və 20 nəfər vəfat etmişdi.

Source: Meydan TV


1015 nəfər sağalıb, 22 nəfər ölüb

Noyabrın 13-də Azərbaycanda 1364 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxma halı qeydə alınıb.

1015 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 22 nəfər isə ölüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında belə deyilir.

Bildirilir ki, indiyədək ümumilikdə 71 580 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 53 001 nəfər müalicə olunaraq sağalıb, 927 nəfər vəfat edib, aktiv xəstə sayı 17 652 nəfərdir.

"Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 744, ötən müddət ərzində isə ümumilikdə 1 489 382 test aparılıb", – məlumatda deyilir.

Bir gün öncə, noyabrın 12-də isə 1622 yoluxma olmuşdu və 20 nəfər vəfat etmişdi.

Rəsmi açıqlamalara görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-dən aşkarlandığı açıqlanıb.

O vaxtdan oktyabrın 29-na kimi aşkarlanan gündəlik yoluxmanın heç vaxt minə çatdığı bildirilməmişdi. Həmin gündən sonra bu infeksiyaya yoluxanların sayı durmadan artır.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 200 min civarında şəxsin vəfat etdiyi açıqlanıb.

Ana səhifəSosialAzərbaycanda 1364 nəfər koronavirusa yoluxdu