Azərbaycanda 126 nəfər koronavirusa yoluxub

Foto: Meydan TV

“11 xəstə vəfat edib”

Martın 9-da Azərbaycanda 126 nəfər COVID-19 infeksiyasına yoluxub, 882 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 11 xəstənin vəfat etdiyi deyilir.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 789 883 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 777 396 nəfər müalicə olunaraq sağalıb, 9 558 pasiyent ölüb. Aktiv xəstə sayı 2 929 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 942, bu günə qədər isə 6 611 402 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda 126 nəfər koronavirusa yoluxub