Azərbaycana qeyri-leqal silah gətirən şəxslər həbs edilib

Şuşan Kanada vasitəsilə Azərbaycana snayper avadanlığının göndərilməsi üçün digər “alıcı”ya 5200 dollar ödəyib

Source:
foto Turan
foto Turan


Şuşan Kanada vasitəsilə Azərbaycana snayper avadanlığının göndərilməsi üçün digər “alıcı”ya 5200 dollar ödəyib

Noyabrın 24-də Amerikanın “

Sun-sentinel.com

” saytı İsrail və Belarus vətəndaşlarının qeyri-leqal silah alverinə görə tutulduğunu bildirib.

Henri Şuşan və Veniamin Qolınkin bir neçə ölkəyə qanunsuz silah göndərilməsinin təşkilində ittiham olunur. Həmin ölkələrin sırasında Azərbaycan, İraq, Sudan, Kolumbiya və s. var.

Saytın yazdığına görə, Federal Təhqiqatlar Bürosu (FTB) hələ iki il öncə onların izlənməsinə başlayıb. İstintaq materiallarına görə, FTB əməkdaşları Suriya və İraqdan olan alıcılar adı altında kiçik artilleriya sistemlərinin satışı üçün sifariş ediblər.

Son iki ildə Şuşan Azərbaycan da daxil olmaqla, bir neçə ölkəyə səfər edib, müxtəlif növ silah üçün sifariş alıb. Belə ki, noyabrın əvvəllərində 5 min ədəd M4 avtomatik tüfəngin alınması üçün Azərbaycandan ona 170 min dollar göndərilib.

Qolınkinin rolu malın keyfiyyətini yoxlamaqdan və pulların çatdırılması məsələsinin həllindən ibarət olub. Çünki bundan öncə Amerika bankı Şuşan üçün göndərilən 800 min dolların köçürülməsinə qadağa qoyub.

FTB bir neçə ay ərzində Şuşanın potensial alıcılarla birlikdə danışıqlarına və əlaqələrinə nəzarət edib. O, noyabrın 15-də Qolınkinlə birgə həbs olunub.

Dindirmə zamanı Qolınkin deyib ki, göndərilən malın dəyərləndirilməsi üçün Suriyadan olan dostunun xahişilə gəlib və buna görə ona 2500 dollar vəd edilib.

Məhkəmə dinləmələri zamanı prokuror qeyd edib ki, Şuşan “vasitəçi” rolunu icra edən FTB agentinə 10 min dollar ödəyib. O, üçüncü ölkənin vasitəsilə Azərbaycana M4 tüfənginin göndərilməsini təşkil etməliymiş.

Növbəti dəfə Şuşan Kanada vasitəsilə Azərbaycana snayper avadanlığının göndərilməsi üçün digər “alıcı”ya 5200 dollar ödəyib.

Prokurorun sözlərinə görə, onların hər ikisini qeyri-leqal silah alverinə görə bir neçə il həbs cəzası gözləyir.



Tərcümə: “Turan” İA

Ana səhifəXəbərlərAzərbaycana qeyri-leqal silah gətirən şəxslər həbs edilib