İtkin düşən pilot Qabil Hüseynlinin kürəkənidir

Məlumatda pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlərin həyata keçirildiyi və Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırdığı qeyd olunub.

Source: Meydan TV

***


17.46. İyulun 24-də itkin düşən pilot polkovnik-leytenant Rəşad Atakişiyev sabiq dövlət müşaviri, siyasi icmalçı Qabil Hüseynlinin kürəkənidir.


Qabil Hüseynli Meydan TV-yə özü bu barədə danışıb.


“İtkin düşən pilot polkovnik-leytenant Rəşad Atakişiyev qızımın həyat yoldaşıdır. Müdafiə Nazirliyinin məlumatından başqa heç nə bilmirik. Amma bildiyim qədər axtarışlar peşəkarlıqla aparılır”.

***


Pilotun axtarışı və xilas edilməsi üçün komissiya yaradılıb

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MİQ-29” təyyarəsinin qəzaya uğradığı bildirilir.

Məlumatı

Müdafiə Nazirliyi

nin mətbuat xidməti yayıb.

Hadisə İyulun 24-də saat 22.00 radələrində baş verib.

MN-nin məlumatına görə, plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən təyyarə ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Nazirlik ehtimal edir ki, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Məlumatda pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlərin həyata keçirildiyi və Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırdığı qeyd olunub.

Azərbaycan Hərbi Prokurorluğu MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açıb.

Bildirilib ki, hazırda ibtidai araşdırma intensiv davam etdirilir.

“Hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcəkdir”.

Hərbi Prokurorluğun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.

Ana səhifəXəbərlərİtkin düşən pilot Qabil Hüseynlinin kürəkənidir