Azərbaycana edilən səfərlərlə bağlı şərtlər müəyyənləşdi

Məlumatda qeyd olunub ki, Azərbaycana birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar

Source: Specify Source


COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır

İyunun 10-dan Rusiya və Türkiyə vətəndaşları hava yolu ilə Azərbaycana müəyyən edilən şərtlərlə səfər edə biləcəklər.

Bu barədə "Azərtac" Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən

məlumat

yayıb.

Operativ Qərargahın qərarında müəyyən edilən şərtlər aşağıdakılardan ibarətdir:

"Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması; 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması. Eyni zamanda, 10 iyundan başlayaraq Azərbaycana daxil olmaq üçün bütün 1 yaşdan yuxarı olan sərnişinlərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır. 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur".

Məlumatda qeyd olunub ki, Azərbaycana birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar:

"Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin təyyarə ilə geri qaytarılır. Yaxın gələcəkdə epidemioloji vəziyyət və əhalinin vaksinasiya səviyyəsi əsas götürülərək digər ölkələrin vətəndaşlarının də hava yolu ilə Azərbaycana girişinin bərpa edilməsi məsələsi baxılmaqdadır”.

Mayın 31-dən Azərbaycanda açıq məkanlarda maskanın taxılması tələbi ləğv olunub, o cümlədən metronun fəaliyyəti bərpa edilib.

İyunun 10-dan isə ibadət yerlərinin, iri ticarət mərkəzlərinin, çimərliklərin fəaliyyətinə də icazə

veriləcək

.

Ana səhifəSosialAzərbaycana edilən səfərlərlə bağlı şərtlər müəyyənləşdi