Azərbaycan XİN Rusiya helikopterinin vurulmasına görə üzrxahlıq edib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı olayla bağlı öz narahatlığını ifadə edib.

Source: Спутник


“Bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməyib”

Noyabrın 9-da Moskva vaxtı ilə təxminən 17:30-da 102-ci Rusiya hərbi bazasının avtokolonnasını müşayiət edən helikopter Ermənistan ərazisində vurulub.

Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, iki heyət üzvü ölüb, birinin vəziyyəti orta ağırdır. Helikopter hərbi əməliyyatlar zonasından kənarda, hava məkanında, dağlıq yerdə vurulub.

Azərbaycan Xarici İşlər Nazirliyi

bildirib

ki, vertolyot səhvən vurulub, Bakı Moskvaya təzminat ödəməyə hazırdır.

XİN Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib:

“Helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuş həyata keçirib. Uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib. Bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməyib. Qeyd olunan amilləri və bölgədəki gərgin vəziyyəti, habelə erməni tərəfinin mümkün təxribatları ilə əlaqədar yüksək döyüş hazırlığını nəzərə alaraq, növbətçi hərbi bölüm tərəfindən atəşin açılması qərarı verilib.

Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfinə üzrxahlığını bildirir. Azərbaycan tərəfi həlak olan ekipaj üzvlərinin ailələrinə dərin başsağlığı bildirir və xəsarət alanların tezliklə sağalmalarını diləyir. Azərbaycan tərəfi müvafiq kompensasiyanın ödənilməsinə hazır olduğunu bildirir”.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı olayla bağlı öz narahatlığını ifadə edib.

Ana səhifəSiyasətAzərbaycan XİN Rusiya helikopterinin vurulmasına görə üzrxahlıq edib