Azərbaycan XİN: Pompeonun fikirləri ABŞ-ın bundan öncəki rəsmi bəyanatları ilə uyğun gəlmir

“Azərbaycan tərəfi hesab edir ki, ABŞ Dövlət Katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil”, – XİN-in yaydığı açıqlamada bildirilib.

Foto: XİN

"Bu fikirlər ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi statusuna da uyğun deyil"

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Maykl Pompeo oktyabrın 15-i "WSB Atlanta” televiziya kanalında Dağlıq Qarabağ münaqişəsindən danışıb.

O, "Erik Erikson Şou" verilişində Qarabağdakı ermənilərin özlərini müdafiə edə biləcəyinə inandığını deyib: "Vaşinqton ümid edir ki, ermənilər Dağlıq Qarabağda özlərini müdafiə edə biləcəklər".

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pompeonun fikirlərinə münasibət

bildirib

.

XİN-in yaydığı açıqlamada bildirilir ki, Dövlət katibinin fikirləri ABŞ hökumətinin bundan öncə yaydığı çoxsaylı rəsmi bəyanatlara uyğun gəlmir.

“Azərbaycan tərəfi hesab edir ki, ABŞ Dövlət Katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil”, – XİN-in yaydığı açıqlamada bildirilib.

XİN hesab edir ki, bu fikirlər, həmçinin ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi statusuna da uyğun gəlmir.

Ana səhifəSiyasətAzərbaycan XİN: Pompeonun fikirləri ABŞ-ın bundan öncəki rəsmi bəyanatları ilə uyğun gəlmir