Azərbaycan xalçaçılığı inkişaf etdirir. Bəs nəyin bahasına?

Azərbaycan xalça fabriklərinə milyonlar xərcləyir, lakin sənətkarlar ənənəvi üsulların itdiyini deyirlər

Source:


Azərbaycan xalça fabriklərinə milyonlar xərcləyir, lakin sənətkarlar ənənəvi üsulların itdiyini deyirlər

Azərbaycanda xalçaçılığın böyük tarixi var. Sənətkarlar, əsasən qadınlar öz bacarıqlarını bir-birlərinə ötürürlər. Ancaq bugünlərdə bu ənənə tənəzzülə uğrayıb.

“Maşınlar naxışları korlayır, regional ənənələr yox olur. Kimyəvi və sintetik materiallardan istifadə etməyə başlayıblar”, – xalça ustası, azərbaycanlı alim Fatimə Ağamirzayeva belə deyir: “Bütün bunlara görə Azərbaycan xalçaları öz nüfuzunu itirib”.

Bütün bunlar hökumətin sənayeni gücləndirilmək üçün əhəmiyyətli müdaxilələrinə baxmayaraq baş verir. Bakı 2010-cu ildə Azərbaycan xalçalarının YUNESKO-nun “Bəşəriyyətin qeyri-maddi, mədəni irsinin reprezentativ siyahısı”na salınması üçün uğurlu lobbiçilik etdi və Bakının sahilində möhtəşəm xalça muzeyi tikildi.

Eyni zamanda hökumət neft və təbii qazdan asılı olmayan iqtisadiyyatı formalaşdırmaq strategiyasının bir hissəsi kimi xalça istehsalını təbliğ edir.

2016-cı ildə Bakıda “Azərxalça” dövlət müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisə xalça sənayesinin istehsalı, ixracı, tədqiqatı və inkişafı daxil olmaqla yeni toxuculuq üsullarını əhatə edən bütün sahələri idarə edir.

2019-cu ilin sonunda şirkət ölkədə 30 xalça fabriki açmağı planlaşdırır. 2018-ci ilin birinci rübündə dövlət yeddi obyektin tikintisi üçün 14 milyon manat (təxminən 8,3 milyon dollar) ayırıb.

“İxrac məhsulu kimi xalça istehsalı ölkəmizin iqtisadiyyatını gücləndirəcək”, – Əliyev dekabr ayında Quba şəhərindəki “Azərxalça” zavodunun açılış mərasimində bildirib:

“Biz çalışmalıyıq və çalışırıq ki, qeyri-neft qeyri-neft ixracını artıraq. Bu, xüsusilə sənaye, kənd təsərrüfatı və xalça istehsalının inkişafı deməkdir”.

Lakin bəziləri dövlət dəstəyinin hansı iqtisadi məntiqə söykəndiyini sorğulayırlar. “Azərxalça” şirkətinin maliyyə hesabatlarına əsasən şirkət 2017-ci ildə 566,253 manat itirib. Bu rəqəm öncəki ildən 5 dəfə çoxdur.

“Bu dövlətin iqtisadiyyata müdaxiləsinin nəticəsidir” – iqtisadçı və Yeni Azərbaycan Partiyasının keçmiş deputatı Nazim Məmmədov bildirib:

“Xalça istehsalı ilə bağlı proqram qəbul etmək yaxşıdır. Lakin sektorun stimullaşdırılması üçün iş adamlarına şərait yaratmaq və hədəfli kreditlər vermək daha yaxşı olardı”.

Azərbaycan xalçalarının nüfuzuna xələl gətirilməsi ilə bağlı narahatlıqlar da var.

Əliyev Azərbaycanın irsini “Azərxalça” şirkətinin işi ilə əlaqələndirib.

“Xalça toxunması bizim milli sərvətimizdir. Siz bu sərvəti qoruyursunuz, sənəti inkişaf etdirirsiniz”, – Əliyev zavodda toplanan daha çox qadınlardan ibarət zavod işçilərinə deyib:

“Biz də bu sənətin əbədi qorunmasına və nəsildən-nəsilə ötürülməsinə kömək edirik”.

Ancaq bəzi insanlar xalça istehsalının dövlət tərəfindən sənayeləşdirilməsinin əslində bu qədim sənət növünə zərər verdiyini iddia edirlər.

“Fabrik xalçalarında yalançı ilmələrdən istifadə olunur. Onlar möhkəm olmur”, – Ağamirzəyeva dedi.

“Maşınlarla işləmək daha sürətli olur. Bir robot maşın bir xalçanı 1 aya hazırlayır. Ancaq insan bunu altı aya edir. Bir xalça üçün istifadə etdiyimiz iplik üç fabrik xalçası üçün istifadə edilir “, – o deyir:

“Daha sonra maşının hazırladığı xalçalar bazarda əl işi kimi təqdim edildikdə bu həqiqətən əl işi olan xalça satanları incidir”.

Ağamirzəyeva əlavə edib ki, fabrikdəki iş şəraiti evdə ənənəvi üsulda xalça toxumaqdan daha az sağlamdır.

“Sənətkar gəzmək, oturmaq, dayanmaq istədiyi zaman və ya tikmək istəmədiyi zaman fasilə verməlidir”, – o deyir: “Əks halda üç-dörd xalça toxuduqdan sonra insanlar xəstələnəcək. Sənətkar sağlam olmalıdır. Şah əsərlər belə yaradılıb “.

63 yaşlı Ağamirzəyeva Azərbaycanda xalçaçılığın mərkəzlərindən biri olan Qubada anadan olub və hələ də orada yaşayır. O, 1989-cu ildə “Aygün” Xalça Fabrikini qurub və Azərbaycanda ilk qadın sahibkar olduğunu deyir. Onunla çalışan sənətkarların öz proqramları var və yalnız təbii boyalardan istifadə edirlər. O, həmçinin hansı növ yundan istifadəsi edilməsi məsələsində ənənəvi qaydaları tətbiq edir. Məsələn, yalnız canlı quzu yunundan istifadə edir və ya yunun günəş altında qalan hissələrindən istifadə etmir.

Onun valideynlərinin hər ikisi də xalça toxucusu olub. Həm də onun təxmininə görə, fəaliyyəti müddətində 5000 qadına bu sənəti öyrədib.

2017-ci ildə Ağamirzəyeva ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin köməkliyi ilə Quba rayonunun Alpan kəndində yerli hökumətə məxsus yeni xalçaçılıq müəssisəsinin yaradılmasına rəhbərlik edib. Onun sözlərinə görə, kiçik zavod tam gücü ilə işə düşdükdən sonra təxminən 60 qadının işə götürüləcəyini gözləyir.

“Niyə hökumət kəndlərdə kiçik iş yerləri açmır? Beləliklə, insanlar kəndləri tərk etmək və şəhərə getmək məcburiyyətində qalmazdı”, – o soruşur.

“Nə üçün “Azərxalça” fabriklərinin hamısı mərkəzdə və ya avtomobil yollarının kənarında tikilib? Onlar bunu xalça üçün tikməyiblər. Xalçaların böyük binalara ehtiyacı yoxdur. Onların yalnız isti münasibətə ehtiyacı var”.


Mənbə:

eurasianet.org

Ana səhifəXəbərlərAzərbaycan xalçaçılığı inkişaf etdirir. Bəs nəyin bahasına?