Azərbaycan vətəndaşlarına Misir və İndoneziyaya getməmək tövsiyə olunur

Misirdə terror təhlükəsi, İndoneziyada isə baş verən vulkan çağırışa səbəb olub

Source:


Misirdə terror təhlükəsi, İndoneziyada isə baş verən vulkan çağırışa səbəb olub

Azərbaycan Turizm Assosiasiyası (AzTA) Azərbaycan vətəndaşlarını Misirə və İndoneziyaya turist səfərinə getməməyə çağırıb. Məlumatı “Turan” yayıb.

Assosiasiya noyabrın 24-də Misirdə baş verən terror hadisəsindən sonra Azərbaycan vətəndaşlarının həmin ölkəyə getməsini tövsiyə etmir.

Assosiasiyanın İndoneziyaya getməmək tövsiyəsi isə Bali adasında püskürən vulkanla bağlıdır.

Noyabrın 21-dən İndoneziyanın Bali adasında Aqunq vulkanı püskürür. Bununla əlaqədar hökumət 100 min sakinin təxliyə olunmasını tövsiyə edib. Hazırda İndoneziyada təqribən 60 min turistin olduğu bildirilir.

Noyabrın 24-də isə Misirin Əl-Ariş şəhərindəki məscidin partladılması nəticəsində 300-dən çox adam ölüb, onların 27-i uşaqdır.

Ana səhifəXəbərlərAzərbaycan vətəndaşlarına Misir və İndoneziyaya getməmək tövsiyə olunur