Gürcüstan

Mənbə: Foto: Meydan tv

Başlıq: Gürcüstan

Azərbaycan vətəndaşları son 4 ildə Gürcüstanda 1192 daşınmaz əmlak alıblar

Natiq Cəfərli: “Son illərdə Azərbaycandan kapital axınının tempi artıb”

Azərbaycan vətəndaşlarının adına Gürcüstanda 2015-2018-ci illərdə 1192 daşınmaz əmlak qeydiyyata alınıb.

“Report” saytının məlumatına görə, bu barədə Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyasının 2019-cu il üzrə “Miqrasiya profili” hesabatında bildirilib.

Son dörd ildə əcnəbilərin Gürcüstanda aldığı daşınmaz əmlakın 40%-i Rusiya vətəndaşlarının mülkiyyətindədir. Rusiyalılara məxsus daşınmaz əmlakların sayı 15 133 təşkil edib.

Qonşu ölkədə Türkiyə vətəndaşları 1 226, Ermənistan vətəndaşları 1 447, İran vətəndaşları 5 598, Ukrayna vətəndaşları 2 599, İsrail vətəndaşları 1 634, ABŞ vətəndaşları 1 182, digər ölkə vətəndaşları isə 7 855 daşınmaz əmlaka sahibdirlər.

ReAL Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli postsovet ölkələrindən Gürcüstana kapital axınını yenilik hesab etmir:

“Ümumiyyətlə, son illərdə Azərbaycandan kapital axınının tempi artıb. Obrazlı desək kapital ürkək ceyrana bənzəyir, harada rahat şərait var, qanunlar işləyir, rəqabətli mühit yaranırsa, ora gedir. Azərbaycanda isə hansısa sahəyə kapital qoymaq lotereya oynamaq kimi bir şey şeydir. Çünki mülkiyyət hüququ daxil bütün hüquqlar pozulur, rəqabətli mühit yoxdur, inhisarçılıq var. Ona görə vətəndaşlar əllərindəki vəsaiti başqa ölkələrə qoyub qorumağa çalışırlar”.

İqtisadçı 2015-ci ildə hökumətin devalvasiya qərarlarının da ölkədən maliyyə axınına təsir etdiyini düşünür:

“Qəbul edilən qərarlar bir gecədə insanları yoxsullaşdırdı. Ondan sonra vətəndaşların bank sisteminə, iqtisadi düzənə az olan güvəni tamamilə yox oldu. Bu baxımdan azərbaycanlılar qonşu ölkələrə üz tutub həm kapitallarını qoruyur, həm də pul qazanırlar. Millətimiz də biznes və iş qurmaqda çox bacarıqlıdır”.

Natiq Cəfərli

Natiq Cəfərli

Mənbə: Foto: Meydan tv

Natiq Cəfərli Gürcüstan-Rusiya münasibətlərinin yaxşı olmadığına rəğmən Gürcüstanda rusiyalıların da daşınmaz əmlak almasını təbii hesab edir:

“Rusiyada Azərbaycandan fərqli olaraq orta və kiçik sahibkarlığa şərait olsa da, orada da qanunların işləməsində problemlər var. O cümlədən, məhkəmə hakimiyyəti müstəqil deyil. İstənilən an oliqarx qruplar vətəndaşın əmlakını əlindən ala bilərlər. Təsəvvür edin ki, SSRİ dağılandan Rusiyadan 2 trilyon dollar çıxıb ki, onun da 720 milyardı Böyük Britaniyaya gedib. Belə olanda, insanlar gələcəklə bağlı perspektivli ölkələrə üz tuturlar. Gürcüstanda iqtisadi artım tempi son illər 5 faiz civarındadır. Turizm artır, restoranlar, otellər, hostellər açılır, iqtisadiyyat böyüyür, qazanc imkanları yaranır. Azərbaycan və Rusiyada vergi, gömrük problemlidir. Amma Gürcüstan bölgədə ən aşağı vergi dərəcələrinə malikdir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/uwpgyl

Ən çox baxılan