Prezidentlər iqtisadi-ticarət sahəsində əməkdaşlığa dair aktual məsələləri, Suriyada vəziyyətin tənzimlənməsi ilə bağlı ABŞ və Rusiyanın birgə bəyanatını müzakirə ediblər
Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladımır Putin arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, prezidentlər iqtisadi-ticarət sahəsində əməkdaşlığa dair aktual məsələləri, Suriyada vəziyyətin tənzimlənməsi ilə bağlı ABŞ və Rusiyanın birgə bəyanatını müzakirə ediblər.