Raman Saleh, Vüqar Şirinli və Şahanə Hacıyeva qızıl medal qazanıblar
Azərbaycanlı üzgüçü Raman Saleh Tokioda keçirilən Paralimpiya Oyunlarında qızıl medal
qazanıb
.
O, arxası üstə 100 metrədək üzgüçülükdə birinci yeri tutub.
Bu gün daha iki qızıl medalı cüdoçu Vüqar Şirinli və paracüdoçu Şahana Hacıyeva qazandırıb.
Vüqar Şirinli 60 kiloqram çəki kateqoriyasında qalib olub.
Şahanə Hacıyeva isə 48 kq çəki dərəcəsində mübarizə apararaq, fransalı Sandrin Martine ilə üz-üzə gəlib.
Bu gün Azərbaycan paralimpiyaçıları üç qızıl və bir bürünc medal qazanıblar. Belə ki, paracüdoçu Namiq Abaslı Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.
66 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda qarşılaşmada ukraynalı David Xorava ilə üz-üzə gəlib. Daha əvvəl Azərbaycan komandasında paurliftinqçi Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.