Azərbaycan tarixində ilk: 5 mərtəbəli metro stansiyası istifadəyə verildi

”Bənövşəyi xətt üzrə gələcəkdə 12 stansiyanın fəaliyyət göstərəcəyi planlaşdırılır”

Source:


”Bənövşəyi xətt üzrə gələcəkdə 12 stansiyanın fəaliyyət göstərəcəyi planlaşdırılır”

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yeni – bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarını istifadəyə verdi. Bununla da Bakıda sütunsuz inşa edilən metro stansiyalarının sayı 3-ə çatdı.

Yeni açılan hər iki stansiya öz görkəmi və möhtəşəmliyinə görə seçilir. Stansiyalar əvvəlki metro stansiyalarından həm müasirliyinə, həm də şəraitinə görə fərqlənir. “Memar Əcəmi” stansiyası Azərbaycanın metro tarixində ilk olaraq 5 mərtəbədən ibarətdir. Bu stansiyanın 5-ci mərtəbəsi “Memar Əcəmi” stansiyasının yeni bənövşəyi xətti üzrə hərəkət edən stansiyanın əsas girişidir. Stansiyanın 4-cü mərtəbəsi “Memar Əcəmi” stansiyasının yaşıl xətt üzrə hərəkət edən stansiyasına keçiddir. Üç və ikinci mərtəbələrdə texniki bölmələr, birinci mərtəbədə isə yeni stansiyanın platforması yerləşir.

Əvvəlki stansiyalardan fərqli olaraq yeni “Memar Əcəmi” stansiyasında platforma 7 vaqonluq qatarlar üçün nəzərdə tutulub. Amma hələlik stansiyaya 5 vaqondan ibarət qatar buraxılıb. Platformanın iki piyada vestübülü, 4 fiziki qüsurlu şəxslər üçün lift çıxışından ibarətdir.

“Avtovağzal” stansiyasından bənövşəyi xətlə “Memar Əcəmi” stansiyasına gələrkən stansiyadan çıxmadan yaşıl xətlə hərəkət edən stansiya istiqamətinə pulsuz giriş əldə edib digər stansiyalar üzrə hərəkət edə bilərlər.

“Memar Əcəmi” bənövşəti xətt stansiyası ilə hələlik yalnız “Avtovağzal” stansiyasına və geri hərəkət etmək mümkündür.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bənövşəyi xətt üzrə gələcəkdə 12 stansiyanın fəaliyyət göstərəcəyi planlaşdırılır. Hazırda isə bu xətt üzrə 2 stansiya fəaliyyət göstərir. Həmin stansiyaların hər birində fiziki qüsurlu insanların çıxışı və hərəkəti nəzərdə tutulub. Hər iki stansiyada yanğından mühafizə üçün avtomatik idarə olunan avadanlıqlar quraşdırılıb. Stansiyaların rabitə və işarəvermə avadanlıqları da xaricdə istehsal olunub.

Nəsimi Paşayev bildirib ki, “Memar Əcəmi” stansiyasının bənövşəyti xətti yerləşən “Avtovağzal” stansiyası platformadan, 2 vestibüldən, 8 çıxışdan, havalandırma keçidindən, vestibüllərin üzərində quraşdırılmış iki piramidadan ibarətdir. Stansiya kompleksinin ümumi uzunluğu 560 metrə yaxındır. Yeni xətdə yaradılan həm “Avtovağzal”, həm də “Memar Əcəmi” stansiyalarının platformalarının uzunluğu 144 metrdir. Bu isə platformaya əvvəlki stansiyalarda olduğu kimi 5 deyil, 7 vaqonun daxil olmasına imkan yaradır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə 8 travelator qoyulub. Fiziki imkanları məhdud insanların istifadəsi üçün burada lift quraşdırılıb.

Ana səhifəXəbərlərAzərbaycan tarixində ilk: 5 mərtəbəli metro stansiyası istifadəyə verildi