Azərbaycan susdurulmuş mediası və bloklanmış internet saytları ilə səsverməyə gedir

Jurnalistləri Müdafiə Komitəsi Avropa və Mərkəzi Asiya Araşdırmalar üzrə mütəxəssisi

Source:


Jurnalistləri Müdafiə Komitəsi Avropa və Mərkəzi Asiya Araşdırmalar üzrə mütəxəssisi

Azərbaycan hakimiyyəti tənqidçiləri susdurmaq üçün müxtəlif üsullara əl atır. Aprelin 11-nə təyin edilən erkən prezident seçkilərindən öncə müxalifət namizədləri ya həbs edilib, ya da onların fəaliyyətinə maneə törədilib. Siyasət meydanında demək olar ki, bütün formal üsullar ləğv olunub.

Jurnalistləri həbsxanaya atmaq, xaricdən oğurlayıb gətirmək, onları maliyyə qaçırmaqda ittiham etmək, saytları bloklamaq, sosial media hesablarını oğurlamaq, ölkədən çıxışa qadağa qoymaq – İlham Əliyev hökumətinin müstəqil medianın qarşısını almaq və tənqid edənləri susdurmaq üçün atdığı addımların tam siyahısı deyil.

Jurnalistləri Müdafiə Komitəsinin 1 dekabr 2017-ci ildə həbslərlə bağlı dərc etdiyi illik hesabatında 10 jurnalistin həbsdə olduğu Azərbaycan ən pis yeri tutmuşdu.

Ancaq Bakıda xaricdən təzyiqlərin təsiri olub.

Azərbaycanın son müstəqil informasiya agentliyi olan “Turan”-ın direktoru Mehman Əliyev JMK-ə verdiyi açıqlamada deyib ki, avqustda vergi ödəməkdən yayınma ittihamları ilə həbs olunmasından sonra ABŞ-ın və beynəlxalq təşkilatların təzyiqləri böyük rol oynayıb.

Senator Riçard Durbin “Dövlət Departamenti və xarici əməliyyatlar üçün maliyyə ayrılması haqqında” qanuna dəyişikləri təqdim edərkən Əliyevin ədalətsiz həbslərində iştirak edən azərbaycanlı məmurların ABŞ-a daxil olmasının qadağan edilməsi üçün Dövlət Departamentinə təlimat verilməsini tələb etdi.

Bakıdan JMK-ə danışan Əliyev (Bu şəxsin ölkə Prezidenti ilə heç bir əlaqəsi yoxdur) qeyd etdi ki, senator Durbinin təqdim etdiyi dəyişikliklər, həmçinin digər senatorlar Marko Rubio, Con MakKeyn və Patrik Leahinin təzyiqləri onun azadlığa çıxmasında birbaşa rol oynayıb.

“7 sentyabrda qəbul edilən dəyişikliklərin növbəti günündə mənim məhkəmə prosesim keçirildi. Hakimiyyətin dəyişikliklər barədə məlumat almasından dərhal sonra təhlükəsizlik xidmətinin əməkdaşları Prezident Əliyevin mənim həbsimdən yeni xəbər tutduğunu və narahat olduğunu dedi” – Əliyev əlavə edir.

Vaxtından öncə, 11 sentyabrda azad edilən Mehman Əliyev və 5 apreldə Ali Məhkəmənin qərarı ilə şərti azadlığa buraxılan “Kanal13”-ün direktoru Əziz Orucov beynəlxalq təşkilatların, həmçinin JMK-nin təzyiqi nəticəsində 2016-cı ilin may ayında azadlığa buraxılan tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılovadan sonra azad olunan ilk siyasi məhbuslardır.

Həmçinin, “Turan” agentliyi öz fəaliyyətinə davam edir. Əliyev bildirdi ki, 7-si Bakıda yaşayan, cəmi 15 əməkdaşın çalışması 10 milyonluq əhalisi olan ölkədəki hadisələri çatdırmaq üçün kifayət etmir.

“Vəziyyət çox çətindir”- Əliyev əlavə etdi: “Sonda biz qalmışıq. Bizi hələ məhv edə bilməyiblər, çünki dəyişikliklər hələ qüvvədə qalır”.

Ölkənin bir çox jurnalisti həbs edilməmək və ya təqib olunmamaq üçün xaricdə yaşamağa, fəaliyyətini oradan davam etdirməyə üstünlük verir, lakin Azərbaycan hakimiyyəti öz sərhədlərindən kənarda da müstəqil tənqidləri susdurmağa çalışır.

Araşdırmaçı jurnalist Əfqan Muxtarlı ailəsi ilə birlikdə mühacirətdə olduğu Gürcüstanın Tbilisi şəhərində 2017-ci ilin may ayında yoxa çıxıb. İki gün sonra onun Dövlət Sərhəd Xidməti tərəfindən saxlanıldığı məlum olub. JMK-nin hesabatına əsasən yanvar ayının 12-də Balakən Rayon Məhkəməsi Muxtarlını sərhədi qanunsuz keçmə, qaçaqmalçılıq və hakimiyyət nümayəndəsinə zor tətbiqetmə ittihamları ilə 6 il müddətinə həbs edib. Aprelin əvvəllərində yayımlanan hesabatlarda jurnalistin səhhətinin pisləşdiyi qeyd olunub. Muxtarlının həbsi ilə bağlı verdiyi apelyasiya şikayətinə baxılması bir neçə dəfə təxirə salınıb. Bəzi siyasi fəallar məhkəmənin seçkilərdən öncə keçirilməməsi üçün belə bir addımın atıldığına inanır.

Muxtarlının oğurlanmasından sonra Gürcüstanın hüquq-mühafizə orqanlarının azərbaycanlı həmkarları ilə əməkdaşlıq etməsilə bağlı şayiələr yayıldı. Bu şayiələr əvvəllər azərbaycanlı müxalifətçilər və müstəqil jurnalistlərin bir çoxu üçün sığınacaq yeri hesab olunan qonşu Gürcüstanı da təhlükəli ölkə siyahısına saldı. Tbilisidə vəzifəli şəxslər jurnalistlə bağlı istintaq işinin davam etdiyini bildirdi, lakin aprelin əvvəlindən etibarən ictimaiyyətə heç bir yeni məlumat açıqlanmayıb. Muxtarlının həyat yoldaşı, müstəqil jurnalist Leyla Mustafayeva fevral ayında “Rory Peck Trust” təşkilatına verdiyi müsahibəsində deyib: “Ölkəmizdə mətbuat azadlığı hər il geriyə doğru və daha da geriyə doğru gedir”. Təhlükəsizliyindən narahat olan Mustafayeva sığınacaq istəmək məqsədilə Almaniyaya getməyə məcbur olduğunu söyləyib.

“Heç bir yer artıq təhlükəsiz deyil”, – “Turan” internet televiziya kanalının (“Turan” xəbər agentliyindən ayrı bir təşkilatdır) Amsterdam şöbəsinin rəhbəri Fikrət Hüseynli bildirib. 2008-ci ildən bəri Hollandiyada yaşayan və Hollandiya vətəndaşı olan Hüseynli mühacirətdə olan azərbaycanlı müxalifətçilərin fəaliyyətləri və Azərbaycan hökumətindəki korrupsiya halları barədə xəbərlər hazırlayır. O, həmçinin prezidenti tənqid edir.

Hüseynli JMK-ə bildirib ki, Kiyevdə “Turan” Televiziyasının bürosunun açılması üçün imkanları araşdırmaq məqsədilə 2017-ci ilin oktyabr ayında Ukraynaya səfəri etdikdən sonra Azərbaycanın hüdudlarından kənarda təhlükəsizlik məsələləri ilə bağlı fikirləri dəyişib. Azərbaycan dilində danışan şəxslər Hüseynlini izlədikdən sonra, o, Ukrayna sərhədində sərhəd xidməti tərəfindən saxlanılıb. F.Hüseynli oktyabr ayının 27-də azadlığa buraxılıb, lakin Ukraynanın Baş Prokurorluğu onun pasportunu əlindən alıb. Martın 5-də Hüseynlinin JMK ilə söhbətindən iki saat sonra naməlum şəxslər Kiyevdəki kirayə mənzilində jurnalistə hücum edib.

Aprelin 2-də hakim jurnalistin ekstradisiyasının əleyhinə qərar çıxarıb və onun azad şəkildə səyahət etməsinə icazə verilməsini istəyib. Halbuki həmin günün başlanğıcında Kiyev prokuroru Hüseynlinin pasportunu məhkəmə katibliyindən götürüb və onu geri verməkdən imtina edib. Hüseynli aprelin 12-də Azərbaycandakı seçkilərdən sonra yenidən Kiyev məhkəməsinin qarşısına çıxmalıdır.

Azərbaycan hökuməti Azərbaycanı “diktatura” adlandırdıqdan sonra cinayət törətmələri iddiası ilə iki fransız jurnalistlə bağlı şikayət edib. Hesabatlar göstərir ki, noyabr ayında Fransa məhkəməsi bu böhtan xarakterli şikayəti qəbul etməyib.

Ölkədə fəaliyyət göstərən aktiv jurnalistlər gündəlik məhdudiyyətlərlə qarşılaşırlar. İki ildir ki, həbsxanadan azad edilməsinə baxmayaraq, X.İsmayılovanın bank hesabları dondurulub. Medianın yaydığı xəbərlərə, özünün sosial mediada paylaşdığı məlumata görə, o, “Skype” vasitəsilə beynəlxalq konfranslarda iştirak edərkən və ya mükafat alarkən evində işığı və interneti kəsilir. İsmayılova ölkədən çıxışına qoyulan qadağanın ləğv edilməsi ilə bağlı apelyasiya şikayəti versə də, onun müraciəti qəbul edilməyib. Hakimiyyət X.İsmayılovaya martın əvvəlində anasının vəfatından öncə onu örmək üçün Türkiyəyə getməsinə icazə verməyib.

Mətbuatın vəziyyəti ilə bağlı şərh verməsi üçün JMK Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərliyə email vasitəsilə suallar ünvanlandırsa da, hökumətə yaxınlığı ilə tanınan özünüidarəetmə orqanı 5 aprel tarixindən etibarən suallarımıza cavab verməyib.

Prezidentin 2013-cü ildə jurnalistlərə pulsuz mənzillər verilməsi ilə bağlı proqramı da daxil olmaqla hökumət bəzən mətbuata “kök” yanaşması təklif edir. Proqram müşahidəçilər və jurnalistlər tərəfindən sadiqlik əldə etmək cəhdi kimi tənqid olunub.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Əliyevin JMK-yə dediyinə görə, pulsuz mənzillər alacaq jurnalistləri təyin etməsi üçün ona dəfərlə müraciət etsələr də, o, bu təklifdən imtina edib. O, mənzil verilməsinin rüşvət olduğunu və peşə etikasına zidd olduğunu söylədi. Əliyev əlavə etdi ki, Azərbaycanda yeni müstəqil media qurumlarının yaranması üçün heç bir iqtisadi stimul yoxdur.

“Hökumət elə bir mühit yaradıb ki, onun subsidiyası olmayan heç bir mətbuat orqanı fəaliyyətini davam etdirə bilmir. Hökumətin maliyyə dəstəyi olmadan, yalnız reklamlardan qazanc əldə edərək ayaqda durmağa çalışan hər hansı bir yeni media qurumunun ya özü məhv olacaq, ya da hökumət onu boğacaq”.

Seçkilər ərəfəsində Vaşinqtonda yaşayan və “Turan” agentliyi ilə əməkdaşlıq edən azərbaycanlı jurnalist Ələkbər Raufoğlu Jurnalistlərin Müdafiəsi Komistəsinə bildirib ki, Bakıda təzyiqlər getdikcə artacaq.

“Beynəlxalq ictimaiyyət yalnız Əliyev rejiminə qarşı güclü təzyiq göstərməyə davam etməməli, həmçinin seçkilərə qarşı çıxmalıdır. Çünki növbəti 7 il üçün yenidən prezident seçiləcək Əliyevin öz xarici həmkarlarını daha az eşitməsi üçün heç bir səbəb görmürəm” – Raufoğlu belə deyib.

Ana səhifəXəbərlərAzərbaycan susdurulmuş mediası və bloklanmış internet saytları ilə səsverməyə gedir