Azərbaycan şou-biznesindən iyrənmişəm



Elnurun eksklyuziv musahibəsi Meydan.TV-də



Bu müsahəbəni bir il əvvəl, Otto clubda almışam. “Mələk  və şeytan” performansı və Elnurun səs tembri , çox uğurlu bir layihə olmuşdu Eurovision üçün. Amma, həmin il Azərbaycan Dövlətinin Eurovisionda ilk çıxışı olduğu üçünmü, yoxsa hansı səbəbdənmi, bu müsabiqədə qalib ola bilmədisə, səhv etmirəmsə 10-luğa düşmüşdü.



Müsabiqədən sonra Elnuru efirlərdə, verilişlərində görə bilməsək də, klublarda onun musiqisinə qulaq asmaq  olur. Elə o mükəmməl ifası ilə Otto clubda  dayanmadan oxuyub həm də rəqs edən ifaçını görən kimi, ondan müsahibə almaq fikrinə düşdüm.



Elnurun hazırda ictimaiyyət üçün maraqlı persona olduğunu nəzərə alıb, müsahibəni sizə təqdim edirəm.



Elnur, Euroviziondan sonra niyə görünmədiniz?

–          Eurovisiondan sonra itmədik hərəmiz öz  layihəmiz üzərində  işləyirik. DJ Emil K ilə 3-4 mahnı ilə. Çalışırıq və bu insanların xoşuna gəlir. İstəyirik, başqa ölkələrdə Azərbaycanı təmsil edək.



Bu proyektlə olacaq?

–          Sözsüz ki, proyektlə , Eurovision müsabiqəsində bəzi şeylər xoşuma gəlmədi, bəzi şeylər düz olmadı , indi mən özüm gedib başqa ölkələrlə danışsam  daha yaxşı olar. Hamsını özümüz etsək, heç bir problem yaranmaz


–          Bu layihələri başqa ölkələrdə necə həyata keçirdəcəksiniz? Konsertlərlə?

–          Bəli, konsertlər olacaq , açıqlamaq istəmirəm, artıq iş gedir. Bu layihədə musiqiçilər bass, kontrabas olacaq, DJ olacaq Emin K layihə kimi ölkəmizi təmsil edəcəyik.


–          “Otto” pub-da oxuyursuz, bu, qazanc məqsədi ilədir?

–          Yox, mən buranı çox sevirəm, burdakı insanlar daha yaxındır bizə, mənim xoşuma gəlir , klub abu-havası var. Başqa ölkələrdən adamlar gəlir bura. Jazz centre-i də  çox sevirəm. Bura insalar ancaq musiqiyə qulaq asmağa gəlir.



Amma Azərbaycan şou-biznesində görünmədiniz?

–           Azərbaycan  şou- biznesinə çıxardım, amma iyrənmişəm. Mən istəmirəm “bu səhnəyə sən çıxdın, mən çıxmadım”, belə iyrənc söhbətləri. Xarici ölkəyə gedib Azərbaycanı təmsil etmək mənə yetər. Amma tv-yə çıxanda atmacalar eşitmək mənlik deyil.



Ancaq ingilis dilində oxuyursuz?

–          Azərbaycan  dilində mənə çətin gəlir oxumaq, iki-üç dəfə yoxladım, alınmadı. Soul və caz yatmadı bizim  dilimizə, amma fransız və ingilis dilinə yatır. Elə bil ki, türkcə danışırsan “konuşuyorum” bu yumşaq səslənir, amma Azərbaycan  dilində quru səslənir. Mən istəyərdim oxuyum . Danışıqda problem yoxdur.



Azərbaycan  müğənniləri deyirlər ki, keyfiyyətli musiqi üçün bazar yoxdur, ona görə onlar toy musiqilərini üstün tuturlar. Siz necə düşünürsüz  onlar keyfiyyətli musiqinin nə olduğunu bilmirlər, yoxsa bu, bəhanədir?

–          Bilmirəm, bəlkə bəhanədir,  bəlkə istəmirlər. Mənim  onlarla münasibətim yoxdur,  1-2 nəfəri tanıyıram, amma ad çəkə bilmirəm, deyəcəklər ki, filankəsin adını çəkmisən, mənim adımı yox.Onlarda keyfiyyət var.



Necə pul qazanırsız?

–          Mənə qulaq asmaq istəyənlər gəlirlər bura, mən də maaşımı alıram, bütün musiqilərimi də canlı oxuyuram.



Azərbaycan  musiqiçilərinin içində kim var ki, ona qulaq asmaq olar?

–          Kim peşəkardır, kim deyil, deyə bilmərəm. Amma, belə, vəziyyət pis deyil.  Sevda Ələkbarzadə  Avropada konsert verir. ”Çıkıdı -çıkı“ oxumur, başa düşür ki, o sənətçidir. Səviyyəlidir. Hərdən muğama da qulaq asıram, Alim Qasımova qulaq asanda tüklərim biz-biz durur.



Sizi toya dəvət edirlər?

–          Arada yarım saatlıq, 1-2 saatlıq gedirəm. Hər toya yox. Qıjı toyları var məsələn, amma onları da sevmək lazımdır, hər musiqiçinin öz sevəni var.



Çalışırsız, balansı qoruyasız, amma reallıq tamam başqadır, elə deyil?

–          Mənim dostlarım var, mənim dünyam başqadır, bu, bəsdir.



Heç olub ki, sizi dəvət edirlər toya filan müğənninin musiqisini oxu.

–          Yox, mənim öz proqramım olur, başqasının mahnısını isə xoşuma gələndə oxuyuram.



Üzeyir Mehdizadəni tanıyırsız?

–          Hə  cavan oğlandır, özü üçün oxuyur.



Yaxşı –pis məsələsi var?

–          Yox pis-yaxşı məsələsi yoxdur, onu minlərlə adam sevir. Ona da uğurlar.



Fikir verdim, siqaret çəkə-çəkə oxuyursuz.

–          Mən səhnədə nə istəsəm, edə bilərəm. Kompleksim yoxdur.



Elnurun gələcək planları nədir?

–          Özünü tapmaq, özümü axtarıram həyatda da, musiqidə də. Çalışmaq, musiqini öyrənmək.

Ana səhifəVideoAzərbaycan şou-biznesindən iyrənmişəm