Nazir: ”Xarici ölkələrdən böyük həcmli sifarişlər almışıq”
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “Yalquzaq” snayper tüfənginin ixracına başlayır.
Bu barədə APA-ya müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Nazir xarici ölkələrdən “Yalquzaq” tüfəngi üçün böyük həcmli sifarişlər aldıqlarını söyləyib:
“Hazırda sifarişlərin icrası istiqamətində işlər gedir”.
Y. Camalov silahın Azərbaycanda Sərhəd Qoşunlarına da verildiyini bildirib: ““Yalquzaq” texniki-taktiki imkanlarına görə öz sinfindəki bir çox tüfəngləri üstələyir”.
Azərbaycanın NATO kalibrində (7.62x51mm) ilk silahı olan “Yalquzaq” tam olaraq yerli mütəxəssislər tərəfindən yaradılıb