Azərbaycan silahlı qüvvələri Ermənistanın qərargahını vurub

”Erməni tərəfi onlarla itkisinin sayını gizlədir”

Source:


”Erməni tərəfi onlarla itkisinin sayını gizlədir”

Martın 1-də Azərbaycan silahlı qüvvələrinin Ermənistan tərəfin atəşinə cavab verdiyi bildirilir.

Müdafiə Nazirliyinin məlumatına görə, Xocavənd rayonu istiqamətində Ermənistanın mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinə cavab zərbəsi endirilib.

Nazirlik bununla bağlı videogörüntü də yayıb. Bildirir ki, görüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsi aydın görünür. Ancaq erməni tərəfi onlarla itkisinin sayını gizlədir:

“Cəbhə boyu əməliyyat şəraitinə qoşunlarımız tam nəzarət edir. Ötən gecə Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu mövqelərimizə basqın etməyə cəhd göstərib. Görülən tədbirlər düşmənin canlı qüvvəsini məhv edib, geri çəkilməyə məcbur olublar”.

Nazirlik Azərbaycan tərəfin itki vermədiyini bildirib.

Ana səhifəXəbərlərAzərbaycan silahlı qüvvələri Ermənistanın qərargahını vurub