Azərbaycan Silahlı Qüvvələri Ermənistana məxsus vertolyotu vurub (YENİLƏNİB)

Müdafiə Nazirliyi xəbəri təsdiqləsə də, əlavə məlumat verməyib

Source:

20:07 Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu xidməti vəzifəsini yerinə yetirərkən sayıqlıq və igidlik göstərdiyinə və  Mi-24 tipli döyüş helikopterini vurduğuna görə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Müdafiə Nazirliyi əlavə olaraq bildirir ki, Ermənistan silahlı qüvvələrinin  döyüş cütlüyündən ibarət helikopterlərdən biri vurulub, digəri isə atəş zonasından yayınaraq uzaqlaşıb. İlkin məlumata görə, vurulan  helikopterdə olan 3 hərbi qulluqçu ölüb.

—————————————————————————————————————————————————————————

Müdafiə Nazirliyi xəbəri təsdiqləsə də, əlavə məlumat verməyib

Bu barədə “Qafqazinfo”ya məlumat cəbhə bölgəsindən daxil olub. Məlumata görə, bu dəqiqələrdə cəbhənin Ağdam istiqamətində, Çəmənli kəndinin ərazisində hava sərhədini pozan Ermənistan tərəfinə məxsus vertolyot vurulub.

Vertolyot Azərbaycan Ordusunun nəzarət etdiyi əraziyə düşüb və hazırda ərazidə tüstüləyir.

Azərbaycanın Müdafiə Nazirliyindən faktı “Qafqazinfo”ya təsdiqləyiblər.

Ağdamın yerli sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, Seyidli kəndi istiqamətində Ermənistana məxsus vertolyot vurulub. Vertolyotun təxminən 2 saat bundan öncə vurulduğu deyilir. Müdafiə Nazirliyi mətbuat xidməti telefonlara cavab vermir.

***

Azərbaycan Silahlı Qüvvələri təlim uçuşu həyata keçirən Ermənistan vertolyotunu vurub. Bu sözləri Ermənistan saytlarından (news.am) biri yazıb. Qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyinin verdiyi məlumata görə, 12 noyabr saat 13:45-də cəbhə xəttinin şərq hissəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi pozularaq, “Mİ-24” vertolyotu vurulub. Xəbərdə vertolyotun münaqişə zolağında yerə düşdüyü və hazırda Azərbaycan tərəfinin ərazini atəş altında saxladığı  deyilir.

***

Azərbaycan Müdafiə Nazirliyi baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: “Düşmən Hərbi Hava Qüvvələrinə məxsus helikopter vurulub. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər. Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib. Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus “Mi-24″ tipli helikopteri döyüş kursuna enərək, mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib. Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb”.

Ana səhifəXəbərlərAzərbaycan Silahlı Qüvvələri Ermənistana məxsus vertolyotu vurub (YENİLƏNİB)