Dünya İqtisadi Forumu

Mənbə: meydan tv

Başlıq: Dünya İqtisadi Forumu

Azərbaycan səyahət etməli ölkələr arasında 71-ci yerdədir

Dünya İqtisadi Forumu “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nı açıqlayıb

Azərbaycan “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda 140 ölkə içində 71-ci olub.

Dünya İqtisadi Forumu “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nı açıqlayıb.

Hesabat hər iki ildənbir dərc olunur. Hesabatda 140 ölkədə sözügedən sahələrin durumu dəyərləndirilir.

Siyahıda Rusiya 39, Ermənistan 79, Gürcüstan 68, İran 89-cu yerdədir.

Amerika Birləşmiş Ştatları 5-ci, Çexiya Respublikası 38-cidir.

Hesabatda Azərbaycan “Biznes mühiti” kateqoriyasında mövqeyini ən çox yaxşılaşdırmış ölkə hesab olunub. Bu kateqoriyada birinci yeri isə İsveçrə tutur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/c1rmus

Ən çox baxılan