Azərbaycan “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsini imzaladı

Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammitinin deklarasiyası qəbul olunub və sənəddə Krımın işğalı sözü saxlanılıb.

Source:


Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammitinin deklarasiyası qəbul olunub və sənəddə Krımın işğalı sözü saxlanılıb.

Riqada “Şərq tərəfdaşlığı” sammitinin Azərbaycan da daxil olmaqla bütün iştirakçıları yekun deklarasiyanı imzaladılar.

Bu barədə Polşanın XİN başçısı Qjeqoj Sxetına bəyan edib.

“Bəli, Azərbaycan daxil olmaqla bütün iştirakçılar imzaladılar”, – o deyib.

Qjeqoj Sxetina bildirib ki, “Azərbaycanın qətnaməni imzalaması Donalt Tuskun xidmətidir”.

Litva prezidenti Dalya Qribauskayte öz növbəsində bəyan edib ki, Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammitinin deklarasiyası qəbul olunub və sənəddə Krımın işğalı sözü saxlanılıb.

“Əlbəttə ki, bunsuz deklarasiya qəbul olunmazdı”, – o jurnalistlərin sualına cavab verib.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev iclasda Azərbaycan Respublikasının yekun bəyannamə ilə əlaqədar öz qeyd-şərtlərinin olduğu bildirib.

Amma XİN sözçüsü bunların nədən ibarət olduğunu açıqlamayıb.

“Şərq tərəfdaşlığı” proqramı Aİ-nin Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə siyasi assosiasiyası və iqtisadi inteqrasiyasını nəzərdə tutur.

Son üç ölkə ötən il Aİ ilə assosiativ tərəfdaşlıq barədə saziş imzalayıblar.

Ana səhifəXəbərlərAzərbaycan “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsini imzaladı