Azərbaycan senzuranın ən çox tətbiq olunduğu ölkələr arasındadır

Azərbaycanda 7 jurnalist və bloger həbsdədir

Source:


 Azərbaycanda 7 jurnalist və bloger həbsdədir

Azərbaycan dünyada senzuranın ən çox tətbiq olunduğu 10 ölkə sırasında 5-ci yerdədir. Bu  barədə Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) hesabatında deyilir. Geniş hesabat aprelin 27-də açıqlanacaq.

Senzura ilə bağlı ən pis vəziyyət Eritreya və Şimali Koreyadadır. Sonra Səudiyyə Ərəbistanı, Efiopiya, Azərbaycan, Vyetnam, İran, Myanma və Kuba gəlir.

Hesabat hazırlanarkən siyasi həbslər, jurnalistlərin təqib olunması,  İnternetdəki yazılara nəzarət kimi amillər nəzərə alınıb.

Sənəddə Azərbaycanla bağlı deyilir ki, ölkədə 7 jurnalist və bloger həbsdədir.

Ana səhifəXəbərlərAzərbaycan senzuranın ən çox tətbiq olunduğu ölkələr arasındadır