“Azərbaycan Rusiyanın köləliyinə sürüklənir”

Arif Hacılı: “Bunun üçün isə bütün müqavimət mərkəzlərini ələ almaq və ya məhv etmək xətti götürülüb”

Source:


Arif Hacılı: “Bunun üçün isə bütün müqavimət mərkəzlərini ələ almaq və ya məhv etmək xətti götürülüb”

“Azərbaycanda müxalifətçi kimi fəaliyyət göstərmək 1988-ci ildən bu yana heç vaxt indiki qədər çətin olmamışdı.

Belə görünür ki, iqtidar 1993 -cü ildən yerinə yetirməsə də, bəyan etdiyi xarici və daxili siyasi kursundan, avrointeqrasiya və demokratikləşmə xəttindən təmamilə imtina etməyə hazırlaşır”.

Bu sözləri özünün Facebook səhifəsində Müsavat Partiyasının başqanı Arif Hacılı yazıb. Onun fikrincə, Azərbaycan Rusiyanın köləliyinə sürüklənir: “Bunun üçün isə bütün müqavimət mərkəzlərini ələ almaq və ya məhv etmək xətti götürülüb. Məhkəmə,qanunvericilik,təhsil. səhiyyə, yerli özününüidarə,seçki sistemləri sıradan çıxarılaraq hakimiyyətin yolsuzluq fəaliyyətinə yardımçı alətlərə çevrilib. QHT sektoru, azad mətbuat məhv edilib və ya ələ alınıb.

Hakimiyyət müqavimət göstərməkdə davam edən tək- tək siyasi xadimləri, jurnalistləri,bir-iki saytı, sıradan çıxara bilmədiyi bir- iki partiyanı, bir- iki ictimai təşkilatı daha böyük nifrətlə və aqressivliklə təqib edir.

Dövlət resursları ilə yanaşı milyardlarla maliyə vəsaiti hesabına təşkil edilmiş əlavə qüvvələr: təbliğat-təşviqat maşını,nəzarət altında olan KİV-lər, televiziyalar, yüzlərlə qeyri-hökumət təşkilatları, rəsmi və qeyri-formal güc strukturları, hakimiyyətin nəzarəti altında fəaliyyət göstərən siyasi partiyalar, hər yerə, o cümlədən təşkilatlarımıza yeridilmiş agentura seti, daha nələr, nələr üzərimizə gəlir”.

Arif Hacılı keçmiş silahdaşlarını da qınayıb: “Bəzi keçmiş silahdaşlarımız da TV-lərdən üzərimizə od püskürür, bəziləri müxtəlif bəhanələrlə aradan çıxır. İndi duruş gətirmək həmişəkindən daha çətin olduğu kimi daha vacib və şərəflidir.


İndi duruş gətirənlərin adı daim hörmətlə anılacaq!”

Ana səhifəXəbərlər“Azərbaycan Rusiyanın köləliyinə sürüklənir”